AZƏRBAYCAN çempionatının MİLYONLUQ FUTBOLÇULARI – SİYAHI
Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.
Fanat.Az “Transfermarkt”ın qiymətləndirməsinə istinadən xəbər verir ki, çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedi.
“Qarabağ”ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyulub. Onu “Qarabağ”dan komanda yoldaşı və həmyerlisi, milliləşdirilmiş futbolçumuz Riçard Almeyda izləyir – 1,5 milyon avro.
3-4-cü pillərlərdə də “Qarabağ”ın futbolçuları qərarlaşıb. Belə ki, rəqabətdə İbrahim Şehiçə uduzan ukraynalı qapıçı Anton Kanibolotski və ispan futbolçu Dani Kintananın 1 milyon avro qiyməti var.
№ | Futbolçu (klub) | Dəyəri (avro) |
1. | Pedro Enrike (Qarabağ) | 3.000.000 |
2. | Riçard Almeyda (Qarabağ) | 1.500.000 |
3-4. | Anton Kanibolotski (Qarabağ | 1.000.000 |
Dani Kintana (Qarabağ | 1.000.000 | |
5-6. | Miçel (Qarabağ) | 900.000 |
Vitali Vernidub (Qəbələ) | 900.000 | |
7-9. | İbrahim Şehiç (Qarabağ) | 800.000 |
Vild Donald Gerye (Qarabağ) | 800.000 | |
Filip Ozobiç (Qəbələ) | 800.000 | |
10-14. | Yakub Rejniçak (Qarabağ) | 700.000 |
Bədavi Hüseynov (Qarabağ) | 700.000 | |
Voyislav Stankoviç (Qəbələ) | 700.000 | |
Dion Malone (Qəbələ) | 700.000 | |
Stiven Jozef-Monroz (Qəbələ) | 700.000 | |
15. | Dmitri Bezotosnı (Qəbələ) | 650.000 |
16-17. | Kiril Petrov (Neftçi) | 600.000 |
Yosep Bum (Zirə) | 600.000 | |
18-22. | Ramil Şeydayev (Qarabağ) | 500.000 |
Qara Qarayev (Qarabağ) | 500.000 | |
Maksim Medvedev (Qarabağ) | 500.000 | |
Famussa Kone (Qəbələ) | 500.000 | |
Faruk Miya (Səbail) | 500.000 |