Dövlət büdcəsinin icrasında 1 186 mln. manatlıq kəsir yaranıb – NAZİRLİK

maliyye-nazirliyi301

Büdcə kəsiri artıb

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 007,5 mln. manat, xərcləri 8 193,5 mln. manat təşkil edib.
Bu barədə “Report”a Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, büdcənin icrasında 1 186,0 mln. manatlıq və ya ümumi daxili məhsulun 3,7 %-i qədər kəsir yaranıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 133,7 mln. manat, xərcləri 6 821,5 mln. manat olub. Büdcənin icrasında 687,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 2,5%-i qədər kəsir yaranıb.

 






Fikirlər