Vergilər Nazirliyi avtomobilləri “LEXUS-Bakı”dan alacaq – 239 MİN manatlıq TENDER
Vergilər Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanıb. “Lexus-Bakı” MMC bununla bağlı keçirilən tenderin qalibi olub. Fevralın 5-də Vergilər Nazirliyinin “Lexus-Bakı” MMC ilə imzaladığı satınalma müqaviləsinin dəyəri 239 min manat təşkil edib. /”APA-Economics”