Neftin qiyməti 62 dolları ötdü - 2015-ci ildən sonra İLK DƏFƏ
Dünya birjalarında neftin qiyməti bahalaşıb. “Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 2,4 faiz bahalaşaraq barreli 62,28 dollar olub. Qeyd olunur ki, neftin qiyməti sonuncu dəfə 2015-ci il iyunun 3-də 62 dolları keçmişdi.