Rusiya azərbaycanlı qadını İnterpola verdi – FOTOLAR
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Simat Babayeva 1992-ci ildə Azərbaycanın Bakı şəhərində doğulub. O, Rusiyada qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilir. Onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.