Zakir Nəsirov azadlığa ÇIXDI
Aprelin 6-da Azərbaycan DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb. "AzerTaym.az" Virtualaz.org xəbər verir ki, keçmiş general qapalı Qobustan həbsxanasından həbs müddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb. Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuşdu. Xatırladaq ki, Zakir Nəsirov 2005-ci ilin martın 10-da tutulub və ömürlük həbs cəzasına məhkum edilmişdi.