“Qubadlını aldıq, BMT-nin qətnaməsi getdi işinə...” - DEPUTAT
“Qubadlının geriyə alınması ilə 874 saylı qətnamə necə deyərlər, getdi işinə...”. "AzerTaym.az" xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib. “Ondan əvvəl 884 saylı qətnamə öz aktuallığını itirmişdi. Hazırda 853 və 822 saylı qətnamələr aktual olaraq qalır”. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsində Füzuli, Cəbrayil, Qubadlı rayonlarının, 884 saylı qətnamədə Horadiz qəsəbəsi və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edilir və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. 853 saylı qətnamə Laçın və Ağdam, 822 saylı qətnamə isə Kəlbəcər, Şuşa və Xocalının işğalı ilə bağlı qəbul edilib. /Yenisabah.az