Beren Kənanla evliliyindən danışdı: "Ailə tablosunu verə bilmədik"
Türkiyəli aktrisa Beren Saat "Youtube"da yayımlanan bir layihədə qonaq olub. "Ailə qurmazdan əvvəl də belə düşünürdüm: evlilik yox, eşq. Bəlkə ailəmdə də bu cür olduğu üçün elə düşünürəm. Xoşbəxt ailəm olmayıb. Mənim üçün önəmlisi eşqdir. Hər zaman sevgi evlilikdən öndə olub. Evlənəndə insanlara başqa bir rol yüklənir. Bu da darıxdırıcı olur.
"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi ilk dəfə müğənni Kənan Doğulu ilə ailəliyində yaşananlardan söz açıb. Beren ayrılıq, barışıq və sevgi etirafları edib:
Biz ayrılmayanda da belə xəbərlər çıxırdı, problem yaşadığımız ərəfədə də... Bu, artıq dəyərini itirmiş bir xəbərdir. Fərli bir ərəfə keçirdikdən sonra pandemiya ərəfəsində bərabər yaşadıq. Musiqi bəstələməyə başladıq. Münasibətimiz başqa bir tərəfə yönəldi. İndi eşqin başqa bir mərhələsindəyik. Hər şey bitdi dediyim anda təəcübləndim. Kənanı bir musiqiçi kimi tanımağa başladım.
Biz dostluğu, bərabər nələrsə etməyi bacardıq. Ailə olmağı bacardıq... Gözlənilən ailə fotosunu heç cür verə bilmədik. Amma onun üstünə daha dərin bir bağ yaratdıq. Ona görə də bacara bilmədiyimiz də təki evlilik olsun. Evliliyin içində nəfəs ala bilmədiyimiz vaxtlar olduq. Bir-birimizə qırıldıq, tənqid etdik, amma bundan sonra hər şey fərqli oldu. Sevgi bütün problemləri həll edir".