Məleykə Əsədova formada qalma sirrini bölüşüb — FOTOLAR
"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova bildirib. Türkiyədə istirahət edən aktrisa fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Qızı Gülərlə şəklini yayımlayan Əsədova "Yaşamaq eşqim. Gözəlliyim, ruhum, Allahımın mənə ən böyük hədiyyəsi. Allah səni mənə çox görməsin. Allah bizi şeytan ruhlu mərdimazar varlıqlardan qorusun. Səni sevinən görəndə dünya mənim olur" qısa şərhini yazıb. Baxım sirlərini bölüşən aktrisa karantin günlərində ancaq özünə qulluq etdiyini deyib. O bildirib ki, hər gün idmanla məşğul olub, masajlar etdirib: "Pəhriz saxlamamışam. Amma yediklərimə fikir vermişəm. Kosmetoloqumun yanına tez-tez gedirəm. Üzümə təravətləndirici maskalar edirəm".