MOLLA REJİMİNİN QURBANI - azərbaycanlı qadının həyat hekayəti

 

 

 

O, 70-ci illərdə İranın ən sevilən qadın müğənnisi idi. Əsl adı Faiqə Atəşin olan bu qadın Ququş adı ilə tanınıb. Milliyyətcə azərbaycanlı olan Ququş 35 yaşında kariyerasının zirvəsində olarkən ölkəsində rejim dəyişir. İrandakı molla rejimi əvvəlcə oxuduğu mahnılara qadağa qoyur, sonra isə onun özünə efir qadağası tətbiq olunmağa başlanır. Hətta, Mustaqi adlı bir şəxslə nigaha girmədən yaxın əlaqələri olduğuna görə bir müddət həbs həyatı da yaşadı. Dövrünün bütün sənətçiləri xaricə qaçdı, lakin o, ölkəsində qalmağı üstün tutdu...

 


Femida.az yazıda milliyyətcə azərbaycanlı olan və İrandakı molla rejiminin qurbanına çevrilmiş Ququşun həyat və yaradıcılığına geniş yer verib.

Divanın həyatı....



Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Ququş hələ uşaq ikən valideynləri ayrılır. Komik aktyor olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Tədricən Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır. 1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi "Retour de la ville" və "J`entends crier je t`aime" mahnılarına görə birinci yerə layiq görülür. 7 yaşından isə filmlərə çəkilməyə başlayır. “Uzun gecə” filmi isə karyerasının pik nöqtəsi olur. 1977-ci ildə film ekranlara çıxan kimi sovet respublikaları da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində göstərilir.

Ailə sarı bəxti gətirmir...



İndiyə kimi 4 dəfə ailə həyatı quran Ququş ilk evliliyini Mahmud Qurbani adlı bir produser ilə edir. Ququşun bir-birinin ardınca ciddi uğurlar qazanmasında Mahmud Qurbaninin də böyük rolu olur. Qurbani musiqi təşkilatçısı idi və İranın musiqi meydanında ayaq üstə durmaq üçün həyat yoldaşına yaxından kömək edirdi. Onların Kambiz adında bir oğulları olur. Lakin cütlük 1972-ci ildə boşanmağa qərar verir. 1975-ci ildə Ququş İran aktyoru Bəhruz Vüsuqi ilə ailə qurur. Lakin bu evlilik də çox davam etmir. 1976-cı ildə onlar boşanırlar. 

Ququş molla rejimi ilə qarşı-qarşıya...

Ümumilikdə, 500 dən artıq filmdə rol alan, onlarla müsiqi albomu işıq üzü görən Diva yaradıcılığının zirvəsində olarkən İranda molla rejimi hakimiyyətə gəlir. Bu hadisə Ququşun həyatında silinməz yaralar qoydu. Evinə qapanan Ququş musiqi fəaliyyətini dayandırır. . İrandakı molla rejimi əvvəlcə oxuduğu mahnılara qadağa qoydu, sonra isə onun özünə efir qadağası tətbiq olunmağa başlandı. Hətta, Mustaqi adlı bir şəxslə nigaha girmədən yaxın əlaqələri olduğuna görə bir müddət həbs həyatı da yaşadı. Təzyiqlərin ard-arası kəsilmirdi. Ondan, hətta müsahibə al.ınmasına da qadağan edilmişdi. Dövrünün bütün sənətçiləri xaricə qaçdı, lakin o, ölkəsində qalmağı üstün tutdu. 



Əfsanə geri döndü....

80-ci illərdə fəaliyyətini tamamilə donduran Diva 1990-cı ildə sonradan üçüncü həyat yoldaşı olacaq Məsud Kimyayi adlı şəxslə tanış olur. Ququş onun da dəstəyi ilə yenidən musiqi fəaliyyətinə başlayır. Bunun üçün isə o ölkəsi İranı tərk etməli olur və ABŞ-da fəaliyyətini davam etdirir. Onun musiqiyə yenidən qayıtması bütün iranı coşdurur. Qısa bir zamanda yenidən zirvəyə qalxan Ququş molla rejiminə qarşı mübarizə aparan iranlıların ümid, azad, müasirlik, tərəqqi rəmzinə çevrilir. 



“Ayrılıq” və göz yaşı....

Ququş ölkəsinə dönə bilmirdi. Qərib ölkədə yaşayan Ququş 2005-ci ildə Kanada və ABŞ-da verdiyi konsertlərdə “Ayrılıq” mahnısını ifa edərkən göz yaşlarını saxlaya bilmirdi. Verdiyi müsahibələrin birində “30 ildir ki, Vətənimdən ayrılmışam və doğulduğum yerə gedə bilmirəm” deyən Ququş müxtəlif ölkələrdə verdiyi konsertlərdə «Ayrılıq» mahnısını göz yaşları ilə ifa edir. 

Siyasi fəaliyyəti...

Ququş 2009-cu ilin iyun ayında İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz əlaməti olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bildirir.



Aclıq aksiyası üç gün – iyulun 22-dən 24-dək davam edəcək. Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısıdır. Ziyalılar iyunun 12-də İranda keçirilən prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirdilər.

Ququş öz bəyanatında bildirib ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-da yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: "Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik".

Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: "Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam".

Hazırda....

Ququş molla rejimindən əziyyət çəkən bütün iranlıların azadlıq, müasirlik, tərəqqi rəmzinə çevrilib. O, hazırda oğlu Kambizlə birlikdə ABŞ-ın Los Anceles şəhərində yaşayır. Dörd dəfə rəsmi ailə həyatı qursa da, tale Ququşun üzünə gülmədi. Təsəllisi isə yalnız birinci nikahından olan oğlu Kambiz oldu.






Fikirlər