Məşhurlar xərçəng olan "Toppuş bacı"ya dəstək oldu: Aygün 200 manat, Şəbnəm 1000 manat... - SİYAHI
Məşhurlar xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva üçün yardım kampaniyasına qoşulub. AzerTaym.az Big.az-a istinadən xəbər verir ki, yığılan pullar aktrusanın ipotekaya götürdüyü evin ödənişi üçün nəzərdə tutulub. Aparıcı Zaur Baxşəliyev canlı yayımda "Toppuş bacı"ya pul göndərən məşhurlarımızın adlarını açıqlayıb. Onlardan bəzilərini təqdim edirik: Xalq artisti Aygün Kazımova - 200 manat Şəbnəm Tovuzlu - 1000 manat Bahar Lətifqızı - 1000 manat Manaf Ağayev - 400 manat Gülay Zeynallı - 500 manat Nadir Qafarzadə - 200 manat Təranə-Musa cütlüyü - 300 dollar Səidə Suktan - 200 manat Əməkdar artist Gülüstan Əliyeva - 100 manat Sevil-Sevinc - 500 dollar