Azərbaycanın bir sıra aktyorları olub ki, onlar sənətilə başqa dövlətlərin də diqqətini çəkib. Həmin dövlətlər öz aktyorları qala-qala məhz bizim sənətçiləri çəkdiyi filmlərdə əsas rollarda sınayıblar.
Moderator.az həmin aktyorların yalnız bir qismini təqdim edir:
Bəşir Səfəroğlu -“Nəsrəddin Xocanın 12 məzarı” (Tacikistan) filmində Xacə Nəsrəddin obrazı ilə Orta Asiya kinosunda öz imzasını həkk edə bilib. 1966-cı ildə çəkilən film Molla Nəsrəddin və zaman maşınında səyahət mövzusunda rəngli fantaziyadır. Film mərhum xalq artistinə çox böyük uğur gətirib.
Hüseynağa Sadıqov - “Ələddinin sehrli çırağı” filmindəki vəzir obrazını çox böyük ustalıqla canlandırıb.
Fəxrəddin Manafov – Rusiyanın ekranlaşdırdığı “Əkizlər”, “Silah ” “Qraf Krestovski” seriallarında əsas rolları canlandırıb.
Fuad Poladov-Rus tərcüməsi – Əbdü Salih” serialında əsas obrazlardan birini canlandırıb. Həmçinin Türkiyənin ortaq türk dastanı olan Dədə Qorqud dastanının motivləri əsasında çəkdiyi “Dede Korkut hikayeleri” filminə də çıxış edib.
Rasim Balayev - “Özbəkfilmin” 1977- 84-cü illərdə çəkdiyi “Alovlu yollar” filmində rol alıb. Bundan başqa, Türkiyədə də hələ 1980-ci illərdə çəkilən “İbrahim Gülşəni” filmində əsas mənfi obrazdır.
Hacı Murad Yegizarov -O, Almaniyanın 2005-ci ildə lentə aldığı “Şpeyer və o” filmində polkovnik Raginski obrazını canlandırıb.
Elxan Cəfərov - SSRİ-nin "Əlahəzrət, hazır olun" filmində baş rolu oynayıb. "Artek"ə gələn şahzadəni məhz Azərbaycan aktyoru canlandırıb.