AŞIQ ŞƏMŞİRİN 125 illiyinə həsr olunmuş MÖHTƏŞƏM TƏDBİR - FOTOLAR
Martın 15-də Əməkdar incəsənət xadimi, şöhrət ordenli ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş "Aşıq Şəmşir-saz, söz bayramı" adlı təntənəli tədbir keçirilib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə mərasimdə Milli məclisin deputatları, nazirlər, komitə sədrləri də iştirak edib. Aşığın lent yazıları dinlənilib. Dədə Şəmşirin şeirlərindən ibarət aşıq havaları sənət adamları tərəfindən ifa edilib. Məhərrəm Qasımlı dövlətin və prezidentin Dədə Şəmşir sənətinə yüksək qiymət verdiyini vurğulayıb. Daha sonrta ustadın tədbirdə iştirak edən oğlu Qənbər Qurbanovun təşəkkürünü çatdırıb.
Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə yüzlərlə Şəmşirsevər iştirak edib.
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Dədə Şəmşirin və onun yaradıcılığı haqqında geniş məlumat verib. Ustadın Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açıb.