Azərbaycanlı memarın əl işi bütün türkləri heyran qoydu - FOTOLAR

Azərbaycanlı memarın əl işi bütün türkləri heyran qoydu - FOTOLAR

Türkiyənin Kırşehir şəhərində azərbaycanlı memar tərəfindən dizayn edilən məscid qarşıladığı bütün qonaqları valeh edir.

Bu məscidin özəlliyi çəmən otlarını xatırladan döşəməsi, tavanındakı göy üzü rəsmləri və divarlardakı ağac rəsmləridir.
1910-cu ildə kərpicdən kiçik bir məscid formasında tikilən bina hazırda Həmidiyyə adını daşıyır.
Azərbaycanlı bir memar tərəfindən daxili dizayn edilən və bu il yenidən istifadəyə verilən məsciddə ibadət edən müsəlmanlar özlərini cənnətdə imiş kimi hiss etdiklərini deyib.
Məsciddə "Qurani-Kərimin" "Bəqərə" surəsinin 22-ci ayəsindəki sözlərə uyğun olaraq girişə sarmaşıq ağacları, pəncərə aralarındakı boş divarlara qovaq ağacları, tavana səma və bulud şəkilləri, mehraba şəlalə şəkilləri çəkilib. Döşəməyə isə çəmənlik təəssüratını yaradan yaşıl xalı sərilib. Çöl divarına ərəb dilində “Allah” sözü yazılıb.
Həmidiyyə məscidinin imamı Səfa Əkinçi ibadətə gələn bütün müsəlmanların yeni dizayna heyran qaldıqlarını və burada özlərini çox rahat, fərəhli hiss etdiklərini deyib. (Publika.az)

Fikirlər