"BACANAQLAR"ın SEVİLƏN aktyoru İLK DƏFƏ XANIMI ilə - FOTO
"Bacanaqlar" serialında Mətləb kimi tanınan Şükran Soltanov qala gecəsinə ilk dəfə olaraq həyat yoldaşı ilə qatılıb. AzerTaym.az xəbər verir ki, cütlük Yenicag.az-ın fotokamerasına poz verib. Aktyorun xeyli çəki atdığı da diqqətdən qaçmayıb. Ş.Soltanov saytımıza açıqlamasında buna pəhrizlə nail olduğunu deyib: "Çox əziyyətlər çəkdim, pəhriz və məşqin hesabına istədiyim görünüşü əldə etdim". Ş.Soltanov əslində qol güləşi üzrə idmançı olduğunu və aktyorluğa xobbi kimi baxdığını deyib: "İdmançıyam, sadəcə olaraq seriallara çəkilirəm. Aktyorluq mənim xobbimdir. "Bacanaqlar", "Ailəcanlı" və digər seriallarda rol almışam". Həyat yoldaşının stilist olduğunu deyən aktyor onun qısqanclığını da gizlətməyib: "Təbii ki, qısqanclıq olur, bu da sevgidən yaranan bir hissdir".