03.03.2014. - Rusiya sərhədimizə qoşun yığır.
Kreml Ukrayna hadisələrindən sonra zor dilində danışmağa hazırlaşır, Şimal bölgəsində həyacanlı vəziyyət yaşanır Rusiya Azərbaycanla sərhəddə qoşun yığmağa başlayıb.
Politika.az-a verilən məlumata görə, Başlayan prosesin konkret səbəbləri məlum deyil. Bir çox ehtimallara görə, Kreml əksər qonşuları ilə zor dilində danışmaq niyyətindədir. Buna səbəb də Ukraynada baş verən son olaylar və Moskvanın aşkar məğlubiyyətidir.
Məlumatlarda vurğulanır ki, çoxlu sayda canlı qüvvə və hərbi texnikanın sərhəddimizə çıxarılması Şimal bölgəsində narahatlıqla qarşılanıb. Gürcüstanda olduğu kimi, Rusiyanın Azərbaycana da hücum edə biləcəyindən qorxuya düşmüş yerli sakinlər hərəkətliliyi diqqətlə izləyirlər.