30.09.2014 - İ.Qəmbər kreslosunu A.Hacılıya vermədi

30.09.2014 -  İ.Qəmbər kreslosunu A.Hacılıya vermədiBunu partiyanın təşkilat şöbəsinin müdiri vəzifəsini icra edən Razim Əmiraslanlı bildirib.

Partiya rəsmisinin sözlərinə görə, nizamnaməyə əsasən qurultay nümayəndələri tərəfindən seçilən başqan dərhal vəzifəsinin icrasına başlayır. Partiyanın yeni başqanı hələlik icra aparatında əvvəllər onun üçün ayrılan kabinetdən istifadə edir.

Başqanlıqdan gedən İsa Qəmbər isə öz kabinetində oturur. İsa Qəmbərə başqanlıqdan getdikdən sonra rəsmi olaraq partiyanın lideri statusu verilməsə də, nizamnaməyə əsasən o, avtomatik olaraq Məclis üzvü olur: “Bundan başqa İsa Qəmbər hamımızın lideridir, həm də eyni zamanda 2018-ci il prezident seçkilərinə partiyanın rəsmi namizədidir. Onun öz otağında oturmağa haqqı var”.

Elnarə Əliosmanqızı






Fikirlər