Əfqan Muxtarlı azadlığa buraxıldı

Image result for Əfqan Muxtarlı azadlığa

"AzerTaym.az" xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Məlumata görə, Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsinin azad edilməsi ilə bağlı müraciətə baxılıb. 

Məhkəmənin qərarı ilə Ə.Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb. Yaxınlarının yaydığı məlumata görə, Ə.Muxtarlı hazırda Almaniyaya ailəsinin yanına gedir.

Qeyd edək ki, Ə. Muxtarlıya qarşı 2017-ci ilin mayında Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülmüşdü. O, Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.






Fikirlər