Qubad İbadoğlu Akif Çovdarova “ilişdi“ - “1190 manatlıq süfrədə qaldırılan badələrlə...“

Qubad İbadoğlu Akif Çovdarova “ilişdi“ - “1190 manatlıq süfrədə qaldırılan badələrlə...“

İqtisadçı ekspert Qubad İbadoğlu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsxanadan çıxar-çıxmaz dəbdəbəli məclis qurub bunu qeyd etməsini tənqid edib.

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, Qubad İbadoğlu "Facebook" hesabında paylaşım edərək insanların 190 manat üçün mübarizə apardığı bu dövrdə Akif Çovdarovun bahalı süfrə qurmasını tənqid edib. İqtisadçı ekpert sözügedən fotoya bu şərhi yazıb:

""Ədalət" zəfər çalır

Ən zəruri ərzaq tələbatını ödəmək üçün 190 manat uğrunda mübarizə aparanların acığına 1190 manatlıq süfrədə qaldırılan badələrlə deyilən tostlar müasir Azərbaycan tarixinin "şanlı səhifəsi"nə yazılır".

Qubad İbadoğlu Akif Çovdarova “ilişdi“ - “1190 manatlıq süfrədə qaldırılan badələrlə...“ 






Fikirlər