Əli Həsənovun oğlu haqda ŞOK İDDİA — "Hər ay itinə 3000 manat pul xərcləyirmiş"

"Əli Həsənova hakimiyyətin yumşaq davranış nümayiş etdirməsinin səbəbləri üzərində baş sındırmağa dəyər. Lakin hələlik bunu yaxın tarixin ixtiyarına buraxıram...".

"Müxalfət.az" xəbər verir ki, bu haqda sabiq deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu özünün “Facebook” səhifəsində yazıb.

Müəllif daha sonra davam edib:

“Haram çörəyə alışmış bu rüşvətxor dövlət məmurundan üzülüşməyin vaxtı ötürülsə də, nəhayət ki, baş verdi. Prezidentin etimad və inamından şəxsi maraqları naminə istifadə edən ideoloq geniş səlahiyyətlərini ailəsinin və qohum-əqrabasının varlanmasına, yüksək vəzifələrə yerləşdirilməsinə sərf edirdi.

Nankor və iblisin birisi idi. Dövlət işinə gedənə qədər o, YAP-ın qərargahına rüşvətin ilk toxumlarını səpən adam kimi tanındı. Sonralar haram pul Əli Həsənovun qudurğanlığını o həddə çatdırdı ki, qanun-qayda onun üçün əhəmiyyətsiz bir anlayışa çevrildi.
Dünya dövlətlərinin siyasi xəritəsinə baxsaq görərik ki, ideoloji işin başında dayanan şəxslər bu cür çirkin işlə ya məşğul olmayıblar, ya da Həsənov kimi varidat zənginliyinə azğıncasına yanaşmayıblar. Görün, o neyləyirdi? Prezidentin jurnalistlər üçün tikdirdiyi binalarda jurnalist peşəsi ilə əlaqəsi olmayan yaxın adamlarına pulla mənzil satırmış. Bəli, hətta belə!!!Cəmiyyət bu dərəbəyliyin cəzasını tələb edir.

Eldar Sabiroğlu

 Oğlunun saxladığı itin gündəlik xərci nə az, nə çox 100 manata başa gəlirmiş. Bunu da aya vuranda 3000 manat pul edirdi ki, həmin vəsaitlə iki-üç ailənin normal dolanışığını təmin etmək mümkün idi.

Ölkənin ideoloji işinə cavabdeh olan Əli Həsənov kimi bir nadarüst hakimiyyətin fəaliyyətinə ictimai rəydə müsbət fikir yaratmağa bilavasitə məsuliyyət daşıdığı halda adam əksinə tülkü xisləti ilə öz murdar imicinin qayğısına daha çox can yandırırdı. Məhz onun sayəsində cəmiyyətin baxışlarında iqtidara mənfi yanaşma hallarının artmasına münbit şərait yaradıldı.
Yadıma Ensiklopediya ilə bağlı prezidentin yanında keçirilən müşavirə gəlib düşdü. Ə. Vəzirova Milli Ensiklopediyada geniş yer verilməsi, Heydər Əliyev barədə isə bir kəlmə danışılmaması prezident İlham Əliyevi möhkəm qəzəbləndirmişdir. Prezident haqlı idi. Baş redaktor İsmayıl Vəliyevi ordaca işdən çıxarıb iclas otağından bayıra qovdu.

 Lakin Heydər Əliyevə böyük düşmənçiliklər etmiş maymaq Vəzirovu müdafiə edən Əli Həsənova bu münasibətin şahidi olmadıq. Üstəlik, yaramaz əməl sahibi olan adam 20 ildən çox PA-da böyük vəzifədə oturdu və biznesinin inkişafına dövləti vəzifəsindən daha çox maraq göstərdi.

Baş ideoloqun doğru iradlara cavabına fikir verin. Moskvada tələbə ikən Vəzirovu müdafiə bəyanatına qoşulmasına haqq qazandıraraq deyir ki, SSRİ-də yenidənqurma proseslərinin getdiyi bir vaxtda kimin ağlına gələ bilərdi ki, bu sənədə imza atmaq olmazmış. Yazıqlar olsun ki, bəyanata imzasını qoyan Əli Həsənovun vəzifədə çalışdığı müddətdə Vəzirovun əleyhinə demək olar ki, bir isbatlı yazısına rast gəlmədim. Bəs buna necə cavab verə bilər!?

Şamxal Həsənov

 30 il həmin sənədin "Molodyoj Azerbaydjana" qəzetində çap olunan variantını arxivində saxlasam da, üzə çıxarmağı kişilikdən saymadığıma görə yayımına getmirdim. Lakin günün birində Əli Həsənov həyat yoldaşım Tahirə xanım Səfərovanın Azərbaycan Dövlət Pedoqoji Üniversitetidən azad edilməsi barədə tapşırıq verməsindən sonra dözmək artıq mümkün deyildi. Mən sənədi mediada yaydım və nəticəsi də pis olmadı...

Əli Həsənovun merkantil dünyagörüşü cəmiyyət tərəfindən nifrətlə qarşılansa da, o öz işində idi. Yığırdı. Onun mediaya ayrılan vəsaiti külli miqdarda mənimsəməsi faktı hüquq orqanlarına bəlli olsa da, barəsində tədbir görülmür. Həyat yoldaşı Sona Vəliyevanın 570 min manat dövlət vəsaitini həzm-rabedən keçirməsi sübut olunub. Ancaq törədilən cinayətə uyğun olaraq cəzasızlıq mühitinin hökm sürməsi anlaşılmazdır.

Balaca fərasəti və ağlı olan adama düşmən kimi baxardı. İstəməzdi ki, özündən zəkalı birisi öndə getsin. Görsə ki, onu qabaqlayan kimsə meydanı sulamaqla məşğuldu, dərhal ləkələmək üçün kompr materialları dövriyyəyə buraxır və tərksilah etdiyini gördükdən sonra həmin şəxsə təəssüfünü ifadə edir və "aferistcəsinə" hansı köməyi edə biləcəyini soruşur...

Ramiz Mehdiyevin məktəbində təlim keçmiş Əli Həsənov indi arzu etdiyi məqamı səbrsizliklə gözləyir. Artıq qatar gedib. Bir də qulağının dibində görə bilər təmtəraqlı saray mükafatlarını...”. (muxalifet.az)






Fikirlər