Milli Şurada daha bir ISTEFA... - SİASƏT
Milli Şuranın Koordinasiya Mərkəzində daha bir ayrılıq yaşanıb. "AzerTaym.az" bildirir ki, bu dəfə şuranın üzvü Rafiq Manaflı istefa verib. Bu barədə o, şəxsi feysbuk hesabında paylaşım edib. "Bu son bir neçə gündə baş verənlər bizdən də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm" . - deyə o, paylaşımında bildirib. Qeyd edək ki, Rafiq Manaflı bir neçə gün öncə Milli Şuranın videotoplantısında qeyri-etik ifadə işlətməklə gündəmə gəlmiş, buna görə etirazla qarşılaşmışdı. Onu da əlavə edək ki, R.Manaflı Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədridir. Xatırladaq ki, ötən gün Milli Şuranın digər üzvü Eldəniz Quliyev də üzvlükdən istefa verdiyini açıqlamışdı.