Tonoyanın "Barbarossa planı” necə iflasa uğradıldı: Erməni faşizmi alman faşizminin taleyini təkrarladı

David Tonoyanın "yeni müharibə, yeni torpaqlar" doktrinası Azərbaycanın işğalına yönəlik plan idi; Hitler Almaniyasının "Barbarossa" planı əsasında hazırlanmış erməni faşizminin bu "doktrina"sı indi Ermənistanı xəritədən silə biləcək nəticələr doğurub...

ABŞ-da fəaliyyət göstərən erməni diasporu Azərbaycan və Türkiyə səfirlikləri qarşısında etiraz aksiyası keçirib. Bu, tarixin ironiyasıdır. Və onilliklər boyu təbliğ edilmiş "erməni xəyalları"nın puç olmasının təsdiqidir.

Hələ cəmisi bir il öncəyə qədər xarici ölkələrdə yaşayan Azərbaycanlılar BMT-nin Ermənistanın işğal etdiyi ərazilər ilə bağlı 4 qətnaməsinin icra olunmasını tələb edərdilər. İndi artıq buna qətiyyən ehtiyac qalmayıb. Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü bərpa edib. Və hazırda dünya Azərbaycanlıları Tarixi Zəfərin qürurunu yaşamaq haqqına sahibdirlər.

Bundan sonra müxtəlif ölkələrin küçə və meydanlarında məhz ermənilər cəfəng şüarlarla toplaşacaqlar. Ancaq sadəcə, toplayacaqlar və heç bir nəticə olmayacaq. Çünki Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa edib, Ermənistan kimi hər hansı qonşu ölkənin torpaqlarını işğal etməyib.

243030445_4452754538096564_4337857987033129212_n.jpg (110 KB)

Bununla belə, dünya Azərbaycanlıları erməniləri yaşadıqları ölkələrin küçə və meydanlarında mənasız hay-küy salıb, sərgərdan dolaşmalarından məmnun olacaqlar. Çünki bu, Azərbaycan dövlətinin Tarixi Zəfərinin real nəticələrindən yalnız biridir. Və bu qələbənin saysız-hesabsız hesabsız belə qürurverici nəticələri var.

27 Sentyabr həmin Tarixi Zəfərə aparan II Qarabağ savaşının başlandığı gündür. 27 sentyabr, bazar günü Azərbaycan  vətəndaşları üçün Müdafiə Nazirliyinin "Azərbaycan ordusu cəbhənin bütün istiqamətləri üzrə genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamışdır" bəyanatı ilə yadda qalıb.

Gələcək nəsillərimiz bu günü həmişə böyük qürur hissi ilə qeyd edəcəklər. Erməni toplumu isə sadəcə, "boş xəyallar"nın necə dəfn olunduğunu xatırlayıb, matəm əhval-ruhiyyəsi yaşayacaq.

Onu qeyd edək ki, indi hər şey olduqca sadə görünür. Halbuki bu Tarixi Zəfər canını Vətən uğrunda fəda etmiş Şəhidlərimizin qəhrəmanlığı sayəsində mümkün olub. Və bu qələbənin baş qəhrəmanları da məhz onlardır.

Bu savaşın əlamətləri hələ bir neçə ay əvvəldən müşahidə edilməyə başlamışdı. Tovuz hadisələri Ermənistan tərəfindən yeni müharibə planlarının sınaqdan çıxarılması üçün məqsədyönlü şəkildə törədilmiş hərbi-siyasi təxribat idi. Və bu təxribatdan sonra Ermənistan yeni savaşa başlamağa hazır olduğunu düşündü.

RIAN_5492965.HR_.ru_.jpg (41 KB)

Rəsmi İrəvanın savaş hazırlığı isə hələ Ermənistanda hakimiyyət dəyişikliyindən sonra dərhal başlanmışdı. Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gələn kimi əvvəlcə rəsmi Bakıdan məxfi kanallar üzərindən problemin konstruktiv həlli üçün zaman istəmişdi. Yəni, Azərbaycanın hərbi əməliyyatlara başlamayacağına təminat aldığını düşünürdü.

Rəsmi İrəvan bir müddət hərbi əməliyyatların olmayacağından arxayınlaşaraq, özü savaşa hazırlaşırdı. Eyni zamanda, Paşinyan hakimiyyəti ABŞ-ın "Soros" Fondunun geopolitik layihəsi olduğundan Ağ Evin də Ermənistanın arxasında olduğuna şübhə etmirdi. Hətta beynəlxalq tədbirlərdə vaxtaşırı Dağlıq Qarabağın Ermənistana aid olduğunu da iddia etməyə cəsarət göstərirdi.

Həmin dövrdən başlayaraq, yeni savaşın planını, taktikasını və strategiyasını hazırlayırdı. Bu savaş planının hazırlanmasında isə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan baş rolda çıxış edirdi. İyul ayında Tovuz hadisələri ilə savaş planı ilkin mərhələdə sınaqdan çıxarıldıqdan sonra avqustda artıq yekun qərar qəbul olundu.

Rəsmi İrəvan avqust ayını bütövlükdə Ermənistan ordusunun silahlandırılmasına sərf etdi. Rusiyadan Ermənistana hər gün nəqliyyat təyyarələri ilə hərbi texnika daşınırdı. Bu müddət ərzində Ermənistana silah-sursatla yüklənmiş 500-dən artıq nəqliyyat təyyarəsinin endiyi inkaredilməz reallıqdır.

1603959629_ermeni5.jpg (39 KB)

Təbii ki, rəsmi Bakı Ermənistanın planlarından ən xırda detallarına qədər məlumatlı idi. İndi Ermənistan siyasi dairələri də etiraf edirlər ki, Azərbaycan kəşfiyyatı İrəvana qədər girə bilmişdi. Sadəcə, həmin dövrdə rəsmi İrəvan bu barədə məlumatı belə, yox idi.

Ona görə də, 2020-ci ilin avqustunda Ermənistan müdafiə naziri David Tonoyanın müəllifi olduğu və baş nazir Nikol Paşinyanın da dəstəklədiyi "yeni müharibə, yeni ərazilər" planı rəsmi İrəvan tərəfindən təsdiqləndi. Paşinyan hakimiyyəti bu planla Ermənistan ərazilərini daha da böyütmək niyyətə idi. Və buna nail ola bilməyəcəyinə də şübhə etmirdi.

 

Ermənistan elə bu əminliklə də 27 sentyabr 2020-ci ildə, səhər saat 06.00-da Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutdu. Eyni zamanda panik durum yaratmaq üçün Azərbaycan yaşayış məntəqələrini hədəfə aldı. Bununla Azərbaycan ordusunun müqavimətini qısa zamanda qıraraq, sürətli hücum planını reallaşdıra biləcəklərini düşünürdülər.

Ancaq Paşinyan hakimiyyətini tarixi sürpriz gözləyirdi. Rəsmi Bakı savaşa Ermənistandan müqayisə edilməyəcək qədər daha yaxşı hazırlanmışdı. Onilliklər boyu Azərbaycan kəşfiyyatı Ermənistan ordusunun döyüş qabiliyyəti barədə ciddi məlumatlar toplamışdı. Elə həmin məlumatlara əsasən də, rəsmi Bakı yeni hərbi texnika almışdı, savaşa hərtərəfli hazırlaşmışdı.

1577891697_0_0_1067_600_600x0_80_0_0_eba6a15c4ecd791e4e6d6c2bd4e8bccb.jpg (32 KB)

Ermənistan ordusunun hücum əməliyyatlarının elə ilk cəhddə iflasa uğradılması da bunu təsdiqləyir. Çünki Ermənistan yalnız savaşa başlamağa imkan tapmışdı. Gerisi isə Ermənistan ordusu üçün əsl fəlakətin başlanğıcı idi. Azərbaycan ordusu düşmənin hücum cəhdlərini dərhal dəf edib, ardınca çoxdan hazırlaşdığı əks-hücum əməliyyatlarına başladı.

Nəticədə rəsmi İrəvanın "yeni müharibə, yeni torpaqlar" doktrinası ilə başladığı savaş Ermənistanın özünün əleyhinə çevrilmiş oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı savaş statusu qazandı. Və savaşın ilk günündə Ermənistan ordusunun müdafiə istehkamları darmadağın edildi, Azərbaycanın işğal altında olan şəhər və kəndləri bir-birinin ardınca azad olunmağa başladı.

Müharibənin ilk həftəsində Ermənistan ordusunda 10 min nəfərdən çox hərbçi fərarilik etdi. Savaşın taleyi elə ilk 10 gün ərzində həll olundu. Qələbə şəhəri olan Şuşanın işğaldan azad edilməsindən sonra isə Ermənistan ordusunun məğlubiyyətə məhkum olduğu hər kəsə, eləcə də, Paşinyan hakimiyyətinə də aydın idi. Və ona görə də, Paşinyan hakimiyyəti 44 günlük savaşda məğlub olduğunu atəşkəs ilə bağlı üçtərəfli anlaşmaya imza atmaqla, etiraf etmək məcburiyyətində qaldı.

35ee1de1-a1e1-3775-87d2-ae560fa8896f_850.jpg (106 KB)

44 günlük savaş ərzində Ermənistan baş naziri Nikol Paşinyan telefonun dəstəyini əlindən buraxmadı. Ümid bəsləyədiyi, güvəndiyi bütün ölkələrin dövlət başçılarını bezdirdi. Ancaq nə ABŞ-dan, nə Fransadan, nə Rusiyadan, nə digər ölkələrdən dəstək ala bilmədi. Və Ermənistanın biabırçı məğlubiyyəti ilə barışmalı oldu.

Nəticədə "Tonoyan doktrinası" Ermənistanın fəlakətinə çevrildi. Bu "doktrina" Hitler Almaniyasının "Barbarossa" planı əsasında hazırlanmışdı. "Barbarossa" planı da Alman faşizminin dünyanı sürətli müharibə ilə işğal etməsinə hədəflənmişdi. Ancaq bu plan sonradan dünyanın faşizmdən xilas edilməsinə yol açdı. D.Tonoyanın da "yeni müharibə, yeni torpaqlar" doktrinası Azərbaycanın işğalına yönəlik plan idi.

Nəticəsi də eyni oldu. Erməni faşizminin "Barbarossa" planı Ermənistanın dövlət kimi mövcudluğuna real təhlükə olan situasiya yaratdı. Bu baxımdan, erməni faşizminin alman faşizminin taleyini eynilə təkrarladığı inkaredilməz reallıqdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"






Fikirlər