Putindən Almaniyaya qarşı SƏRT ADDIM – 40 alman diplomat ölkədən çıxarılır
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin Rusiya Baş Prokurorlarının genişləndirilmiş iclasındakı çıxışında Qərb diplomatlarının Ukraynanın döyüş meydanında qalib gəlməsi və Rusiya cəmiyyətinin parçalanması üçün çalışdıqlarını bildirərək, “ABŞ və bizim Avropa tərəfdaşların çox qəribə diplomatiyası var”, – deyə çıxış edib. Medianews.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Rusiyanın Almaniyadakı səfirliklərində çalışan 40 əməkdaşın persona non-qrata elan edildiyi xatırladılıb.
Bu səbəbdən Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qeyrin nazirliyə çağırıldığı ilə bağlı bəyanatda Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliklərində çalışan 40 nəfərin “persona non” elan edilməsi ilə bağlı səfirə nota verilib. Putin həmçinin bəyan edib ki, xarici media və sosial şəbəkələrin Rusiya hərbçilərinə qarşı açıq şəkildə təxribatları geniş şəkildə araşdırılmalıdır. Rusiya Federasiyası ərazisində cinayətlərin qarşısının alınması üçün qətiyyətli olmağın vacibliyini vurğulayan Putin, Federal Təhlükəsizlik Xidmətinin (FSB) səhər saatlarında tanınmış rusiyalı jurnalist və teleaparıcının qətlini planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını aldığını da açıqlayıb.
Avropa və ABŞ-dakı yüksək səviyyəli diplomatların Ukraynanı döyüş meydanında qalib gəlmək üçün bütün imkanlarından istifadə etməyə çağırdıqlarını bildirən Putin bunları deyib: “ABŞ və Avropa tərəfdaşlarımızın çox qəribə diplomatiyası var. Hətta diplomatlar belə çağırış edirlər. Ancaq bunun qeyri-mümkün olduğu ortaya çıxanda başqa bir vəzifə ön plana çıxır; Rusiya cəmiyyətini parçalamaq, Rusiyanı daxildən dağıtmaq, amma bu da işə yaramır. Cəmiyyətimiz birlik, həmrəylik nümayiş etdirir, ordumuza dəstək olur”. Bütün bunlarla bağlı Putin bildirib ki, o, Qərb kəşfiyyat orqanlarında, o cümlədən MKİ-də Ukraynanın təhlükəsizlik orqanları ilə işləyən əməkdaşlarını soyadına qədər tanıyır. Xatırladaq ki, aprelin 4-də Almaniyadakı Rusiya diplomatik korpusunun 40 əməkdaşı arzuolunmaz şəxs elan edilib. Onların fəaliyyətinin alman azadlığı və alman cəmiyyətinin birliyinə zərbə vurmaq məqsədi daşıdığı bildirilib.