Əli İnsanov da partiyasına qərargah aldı - VİDEO

Əli İnsanov partiyasına qərargah aldı - Video

Keçmiş səhiyyə naziri Əli İnsanov sədri olduğu Haqq Ədalət Partiyası üçün qərargah alıb.

AzerTaym.az" yenisabah- a istinadən xəbər verir ki, qərargah Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 192 ünvanında yerləşir.

Ötən gün qərargahdan ilk görüntülər paylaşılıb və orada İdarə Heyətinin iclası keçirilib.

İclasda milliyyətcə kürd və yəhudi olan vətəndaşlarımızın işləri üzrə HƏP sədrinin müşavirləri seçilib, təsdiq olunub.

Həmçinin siyasi partiyalar haqqında yeni qəbul olunmuş qanuna əsasən Respublika Ədliyyə Nazirliyində siyasi partiyanın Dövlət qeydiyyatına alınması üçün HƏP rayon və şəhər təşkilatlarının 5223 nəfər partiya üzvünün imzası ilə hazırlanmış sənəd İdarə Heyətinə məruzə olunub və digər tələb olunan sənədlərlə birlikdə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə təqdim olunmaq üçün hazır olduğu bildirilib.






Fikirlər