AMİP Prezident seçkiləri ilə bağlı qərarını elan etdi...
AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib. Yenisabah.az xəbər verir ki, iclasda növbədənkənar Prezident seçkisi ilə bağlı məsələ müzakirə olunub. Müzakirələr zamanı 7 Fevral 2024-cü il növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək seçki kimi tarixə düşəcəyi xüsusi olaraq qeyd edilib. Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib və Azərbaycan Milli İstiqlal Partiyasının Prezident seçkilərində öz namizədi ilə iştirak etməməsi haqqında qərar qəbul edib. AMİP Siyasi Şurası həmçinin, qanunvericiliyə müvafiq olaraq seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər qəbul edib. İclasda 23 dekabr 2023-cü il tarixinə AMİP Ali Məclisinin iclasının çağırılması haqqında da qərar qəbul olunub.