Prezidentliyə namizəd olmaq istəyən digər 8 nəfər KİMLƏRDİR...

Prezidentliyə namizəd olmaq istəyən digər 8 nəfər KİMLƏRDİR... 

 

Prezidentliyə namizəd olmaq istəyən digər 8 nəfər KİMLƏRDİR... 

Xəbər verdiyimiz kimi, prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Bunlar Prezident İlham Əliyev, deputatlar Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquliyev, partiya sədri Elşad Musayev və QHT rəhbəri Fuad Əliyevdir. 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov daha 8 nəfərin namizədliyinin irəli sürülməsi məsələsinə baxılacağını bildirib.

Modern.az namizədliyini irəli sürmək istəyən şəxslər barədə məlumatları təqdim edir:

- Sərvan Kərimov - 65 yaşındadır, Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndində anadan olub. Elmi fəaliyyətlə məşğul olur.

- Mətləb Mütəllimli - 74 yaşındadır, fəaliyyətini dayandıran Sosial Ədalət Partiyasının sədri idi. O, həmçinin Milli Məclisin I çağırış və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, həmçinin Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini olub.

- Abutalıb Səmədov - 62 yaşlı siyasətçi fəaliyyətini dayandıran Azərbaycan Naminə Alyans Partiyasının sədri olub. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), vəzifəsində çalışıb və Milli Məclisin II çağırış deputatı (1994–2023) seçilib.

- Fikrət Yusifov - 66 yaşındadır, ixtisasca iqtisadçıdır. Maliyyə naziri (1994-1999) vəzifəsində çalışıb, hazırda "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir.

- Yusif Bağırzadə - 62 yaşlı siyasətçi əvvəllər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri olub. Milli Məclisin I çağırış deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006) seçilib. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində namizədliyi qeydə alınıb və hazırkı prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.

- Arzuman Abdulkərimov - O, daha əvvəl Müsavat başqanı İsa Qəmbərin mühafizəçisi olub, sonra Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasında sədr müavini olub.

Hazırda QHT sədri kimi fəaliyyət göstərir.

Yunus Oğuz - Hazırda "Olaylar" qəzetinin baş redaktoru olan Yunus Oğuz 63 yaşındadır. O, əvvəllər Milli Vəhdət Partiyasının sədri (2000-2023), Vəhdət Partiyası sədrinin sabiq birinci müavini (1998-2000), Xalq Azadlıq Partiyasının sədri olub.

- Qulamhüseyn Əlibəyli - Milli Məclisin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri (2008-2023) olub. 65 yaşlı siyasətçi əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunub. 






Fikirlər