Xərçəngə tutulduğu deyilən Putindən SENSASİON AÇIQLAMA: "Yaxında..."
Rusiyanın paytaxtı Moskvada keçirilən Gələcəyin Texnologiyaları Forumunda çıxış edən ölkə prezidenti Vladimir Putin xərçəngə qarşı peyvənd araşdırmaları haqqında məlumat verib. Musavat.com xəbər verir ki, onun sözlərinə görə, rus alimləri xəstələrin istifadəsinə verilə biləcək xərçəng peyvəndi istehsal etməyə yaxındırlar. "Xərçəng peyvəndi kimi tanınan və immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, tezliklə fərdi müalicə üsulları kimi effektiv istifadə olunacaq” - Rusiya lideri qeyd edib. Putin vurğulayıb ki, Rusiyada xərçəng hadisələrinin nəzarət altına alınması üçün işlər davam etdirilir və 500-dən çox xərçəng klinikası bu mövzuda aktiv şəkildə çalışır. Lakin Rusiya lideri peyvəndin hansı xərçəng növünə qarşı təsirli olduğuna dair heç bir məlumat verməyib. Qeyd edək ki, uzun müddətdir Qərb mediası Rusiya prezidenti Vladimir Putinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini iddia edir. Hətta ingilis nəşrləri ötən illərdə Kremldəki mənbələrinə istinadən Putinin xərçəng müalicəsi çərçivəsində əməliyyat olunduğunu da yazıblar. Lakin Rusiya bu məlumatları təsdiqləmir.