Müharibə uzanır, əsəblər tarıma çəkilir: Bayden Putinin anasını NİYƏ SÖYDÜ?!

Müharibə uzanır, əsəblər tarıma çəkilir: Bayden Putinin anasını niyə söydü?

ABŞ prezidenti Co Baydenin San-Fransiskoda keçirilən qapalı seçki kampaniyası zamanı Rusiya lideri Vladimir Putin haqqında kobud ifadələr işlətməsi medianın gündəmini alt-üst etdi. 

 

Ağ Evin rəhbərinin Putini ağıldankəm, dəli adlandırması müzakirələrə səbəb oldu. O, hətta bütün etik sədləri aşaraq, Rusiya prezidenti haqda "qancıq oğlu" ifadəsini işlətməkdən də çəkinmədi. 

Bəs görəsən, Baydenin bu qədər aqressiv mövqe sərgiləməyinin səbəbi nədir?

Bunu beynəlxalq ictimaiyyətə verilmiş mesaj kimi görmək olarmı, yoxsa daxili auditoriyaya hesablanmış bəyanatdır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Bayden bundan əvvəl də Putin haqqında kobud ifadələr işlədib. O, Rusiya lideri haqda dəfələrlə təhqiramiz fikirlər səsləndirib: 

“Baydenin Putini qatil adlandırması, onu tənqid etməsi birinci dəfə  deyil. O, hakimiyyətinin ilk ilində də bunu etmişdi - jurnalistin Putin qatildirmi sualını o, bəli, elədir deyə cavablamışdı. 

Bayden bunu yenə deyir və bu yeni bir şey deyil. Putinin qatil olması bütün bəşəriyyətə gün kimi bəllidir. O, həm Rusiya daxilində, həm Ukraynada insanları öldürür, harada qarşısına kim çıxsa, öldürür. Bu günə qədər Putin yüz minlərlə insanı öldürüb. Qatilə qatil deyərlər”. 

Politoloq qeyd edib ki, Bayden dəfələrlə Rusiya liderini qatil adlandırsa da, onun hərəkətlərini cavabsız qoyub:

“Bayden dünyanın ən qüdrətli dövlətinin lideridir, o, Putindən qorxmur və öz fikrini açıq şəkildə bildirir.

Amma sual doğur: Bayden qatilin cəzasını niyə vermir? Bu da şübhə doğuran başqa bir məsələdir. Baydenin əlində geniş imkan var idi ki, Ukraynanı kifayət qədər təsirli silahlarla təchiz etsin. Bayden Konqresin ona ayırdığı, Ukraynanı silahla təchiz etmək üçün nəzərdə tutulan pullardan milyardlarla dolları istifadə etmədi. İki ildir ki, milyardlarla dollar istifadə olunmur, həmin pullar maliyyə ilinin sonunda yenidən büdcəyə qayıdır. 

Bayden bir tərəfdən Putini qatil adlandırıb, onu təhqir edir, digər tərəfdən də Konqresin ona verdiyi səlahiyyətlərdən istifadə etmir.

Baydenin bu fikirləri daxili auditoriyaya hesablanmış fikirlər deyil, çünki hakimiyyətinin ilk ilində bunu demişdi. Bu, onun qəti fikridir. Mən düşünmürəm ki, Bayden o qədər səfehdir ki, ikinci dəfə prezidentliyə namizədliyinin keçməyəcəyini bilməsin”.






Fikirlər