MSK 3 siyasi partiya ilə bağlı qərar qəbul etdi
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Respublikaçı Alternativ Partiyası (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi Partiyasının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb. Yenisabah.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məsələ müzakirə edilib. Qərar səsə qoyularaq qəbul olunub.