Bir vergülə görə diplomatik gərginlik: Putinlə bağlı ŞOK MƏQALƏ - FOTOLAR
Almaniyanın "Foks" jurnalı Rusiya prezidenti Vladimir Putindən üzr istəyib. Publika.az xəbər verir ki, jurnal 2007-ci ildə Vladimir Putinlə Angela Merkelin tarixi görüşü zamanı baş verən qəfil hadisə ilə bağlı faktlardan istifadə edərək Rusiya prezidentini təhqir edib. Həmin görüşdə Putinin iti otağa girmişdi. Daha sonra iddia olundu ki, Putin Merkelin itdən qorxduğunu bildiyi üçün bunu qəsdlə edib. Gərginliyə səbəb olan əsas cümlə belədir: “Merkel Putinin itindən qorxsa da, it Putindən qorxmur". Redaksiyanın durğu işarəsilə oynayıb, cümlənin məğzini dəyişdiyi açıq görünür. Rusiyanın Almaniyadakı səfirliyinin mətbuat katibi Denis Mikerin məqalə ilə bağlı şikayətindən sonra “Fokus” jurnalının baş redaktoru Robert Şneyder Rusiya səfirliyinə üzrxahlıq məktubu göndərib. Jurnal yaydığı açıqlamada Vladimir Putini təhqir edəcək ifadələrə yer verilmədiyini, bunun sadəcə “ironik söz oyunu” olduğunu qeyd edib.