ABŞ-dan İrana ZƏRBƏ – Fəlakət ssenarisində İLK PƏRDƏ AÇILDI

ABŞ-dan İrana ZƏRBƏ – Fəlakət ssenarisində İLK PƏRDƏ AÇILDI

ABŞ bu gündən İrana qarşı genişmiqyaslı sanksiyaları bərpa edir.

Publika.az “RİA-Novosti"yə istinadən xəbər verir ki, sövdələşməyə əsasən, sanksiyaların geri qaytarılması mexanizmi İran tərəfidən yalnız razılaşmaları pozacağı təqdirdə nəzərdə tutulmasına və bunun baş verməməsinə baxmayaraq, ABŞ bunu birtərəfli qaydada elan edib.

Sanksiyalar daha əvvəl İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı çərçivəsində dayandırılmışdı. ABŞ mayın 8-də nüvə sazişindən çıxdığını bəyan edb.

Ekspertlər artıq ən yaxın həftələrdə xarici müəssisələrə qarşı sanksiyaların tətbiqini proqnozlaşdırırlar. “RİA-Novosti”nin mənbələrinin məlumatına görə, amerikalılar avropalı partnyorlarla danışıqların gedişatında ABŞ-ın hansı sanksiyalar tətbiq edəcəyi barədə heç bir dəqiq cavab verməyiblər.

Beynəlxalq Böhran Qrupunun İran üzrə aparıcı mütəxəssisi Əli Vaez “RİA-Novosti” agentliyinə danışıb ki, avqustun 6-dan tətbiq olunan sanksiyalar qeyri-neft sektoruna və maliyyə sazişlərinə yönəlib.

“Daha ağır sanksiyalar noyabrın 4-də tətbiq olunacaq və İranın neft ixracını hədəf alacaq”, - ekspert əlavə edib.

Qeyd edək ki, “Blomberg” agentliyinin məlumatına görə, artıq “Total”, “Maersk”, “Peugeot”, “General Electric”, “Baker Hughes”, “Honeywell”, “Boeing”, “Lukoil”, “Reliance”, “Dover” və “Siemens” kimi nəhənglər İrandan çıxdığını elan ediblər. 






Fikirlər