Bakıda ÜÇTƏRƏFLİ görüşdə insident oldu, nazirlər zarafatlaşdı

Bakıda Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşündə qalmaqal yaşanıb.

 AzerTaym.az Modern.az -a istinadən xəbər verir ki, görüşün protokolu zamanı nazirlər stol arxasında əyləşən zaman görüş otağına 70-ə qədər KİV nümayəndəsi toplaşıb və mühafizə xidməti həmin jurnalisrtləri otaqdan çıxarmağa məcbur olub.   Lakin bu insident diplomatlar narahat etməyib və onlar danışıqlardan sonra zarafat etməkdən belə çəkinməyiblər. 

 

 "Mən artıq üçtərəfli görüşlərə öyrənmişəm”- deyə iranlı nazir Cavad Zərif deyib. 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə görüşün yekunları ilə bağlı önəmli açıqlamaların veriləcəyini deyib.  

“Bizi danışıqların yekunu ilə bağlı önəmli açıqlamamız olacaq. Ona görə də mətbuat konfransını gözləyin”. 

 Rusiyalı nazir Sergey Lavrov isə jurnalistlərin həmişə onu əli ilə burnuna toxunarkən çəkməyə çalışdıqlarından gileylənib.  






Fikirlər