Ərdoğan və Putin Qarabağda üz-üzə gəlir - “Die Welt” nəşri

Ərdoğan və Putin Qarabağda üz-üzə gəlir-“Die Welt” nəşri

"Dağlıq Qarabağda "dördgünlük müharibə” Cənubi Qafqazda Türkiyə-Rusiya mübarizəsinin başlanğıcıdır”.
"Xüsusilə Türkiyə və Rusiya Cənubi Qafqazda üz-üzə gələ bilər. Bu qarşıdurmanın Qarabağda olması ehtimal var”.
 "AzerTaym.az" publika.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle” radiosunun saytında yayımlanan məqalədə deyilir.
 
Almaniyalı ekspert Piter Şturm hesab edir ki, "Qarabağda müharibə alovunu yandırmaq üçün böyük səylər tələb olunmur. Xüsusilə Türkiyə və Rusiya Cənubi Qafqazda üz-üzə gələ bilər. Bu qarşıdurmanın Qarabağda olması ehtimal var”.
 
Ekspert qeyd edib ki, Rusiyadan fərqli olaraq Türkiyə Azərbaycanı sonuna kimi dəstəkləyəcək.
 
"Rəcəb Tayyip Ərdoğan bunu açıq şəkildə ifadə etdi. Amma Rusiyanın bəyanatlarına baxmayaraq, Qarabağda baş verən hadisələr zamanı nə Moskvanın, nə də Ermənistanın özünə müttəfiq hesab etdiyi digər ölkələrin İrəvana dəstək vermədiyi aydın oldu”, - deyə o diqqətə çatdırıb.
 
"Die Welt” nəşrinin siyasi analitiki Yuliya Smirnova da qeyd edir ki, Putin və Ərdoğanın Qarabağda üz-üzə gəlməsi gözləniləndir.  
 
"Qarabağ münaqişəsi heç vaxt dondurulmuş olmayıb. 1994-cü ildə bağlanan atəşkəsdən sonra Minsk qrupunun səyləri heç bir nəticə vermədi. Bu, məyusluq yaradır və toqquşmalara səbəb olub. Fikrimcə, münaqişə həll olunmayana qədər o, dondurulmuş qalmayacaq”, - deyə ekspert bildirib.






Fikirlər