Gözlənilənlər baş verdi. Türkiyə 7 aylıq inadkarlıqdan sonra Rusiya ilə münasibətlərin bərpa olunması üçün rəsmi Moskvanın irəli sürdüyü şərtləri qəbul edərək rəsmən üzr istədi və həlak olan politun ailəsinə təzminat verməyə hazır olduğunu bəyan elədi.
Maraqlıdır ki, eyni vaxtda İsrail də "Mavi Mərmərə" gəmisinə görə yaranmış gərginliyə son vermək üçün 6 illik tərəddüddən sonra Ankaradan üzr istədi və Türkiyənin irəli sürdüyü şərtləri qəbul etdiyini bəyan elədi.
Baş verən hadiəsləri hərə öz arşını ilə ölçür və kimisi Rusiya diplomatiyasının qələbə çalıdğını və Ərdoğaın təslim olduğunu iddia edir, əks arqument tərəfdarları isə Ərdoğanın bu gedişini alıqşlayaraq diplomatiyada təkəbbürə yer olmadığını bildirir, bu barışğın Türkiyə üçün həyati əhəmiyyət kəsb etdiyini qabardırlar.
Elə tanınmış siyasi analitik İlham İsmayıl da baş verənləriModerator.az - a şərh edib:
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib yeddi ay bundan əvvəl vurulmuş təyyarəyə görə üzr istədi. Bununla əlaqədar lazımi təzminatı ödəməyə də hazır olduğunu bildirdi. Hadisə baş verəndən sonra V.Putinin tələbi də əsasən bu idi. Türkiyə prezidenti ilk günlərdə bu tələbə "atəşlə oynamayın" mesajını verib üzr istəməkdən söhbət belə getməyəcəyini, ölkəsinin beynəlxalq qürurunu gözləyəcəyini həm birbaşa, həm dolayısıyla bəyan etmişdi. Öncə qeyd edim ki, Türkiyə bunu təəssüf məktubu kimi təqdim etsə də Rusiya tərəfi bütün kütləvi informasiya vasitələrinə məktubu "Türkiyə Rusiyadan üzr istədi" kimi şərh edir, hətta bəzi şərhçilər üzrün yetərli olmadığını, Türkiyədən başqa tələblərinin də olacağını açıq söyləyirlər...
Niyə bu üzr məktubu hadisədən həmən sonra deyil, indi yazıldı? Son bir ildə Türkiyənin həm daxili, həm xarici siyasətində çətin bir dövr yaşandığı məlumdur. İsraillə münasibətlərin kəskinləşməsi, Avropa Birliyilə yaşanan gərginlik, Suriya ətrafında baş verən hadisələr, İraqda yaşanan problemlər və nəhayət Rusiya ilə münasibətlərin pik həddə pozulması xarici siyasətdə, PKK, PYD, İŞİD üzvlərinin xaricdən aldığı dəstəklə ardıcıl terror aksiyalarını törətməsi daxildə Türkiyəni çətin duruma salıb. Deyilənlər sırasında Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar da Türkiyə iqtisadiyyatına ciddi zərbə vurur. Türkiyə bu sanksiyalardan sonra Avropa Birliyinə ümid edərək birliyin qaçqınlarla əlaqədar edəcəyi maddi yardıma, kompensasiyaya, digər siyasi və iqtisadi güzəştlərə ümid etdiyi bir vaxtda Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq qərarı bütün Avropanı böhran vəziyyətinə salıb. Avropa Birliyi büdcəsinin 13 faizini itirib vəsait qıtlığı yaşadığı bir dönəmdə Türkiyəyə əlavə yardım edəcəyi demək olar ki, mümkün olmayacaq. Türkiyənin Avropadan umduğu, gözlədiyi baş tutmayacaq. Türkiyə baş verənlərin bundan sonra daha hansı problemlərə yol açacağının fərqində oldu. Yuxarıda qeyd etdiyimiz niyə məhz indi sualının da cavabını burda axtarmaq lazımdı. Böyük Britaniyanın qərarı bu işi sürətləndirdi. Ərdoğan məktubda elə bir forma seçib ki, ondan həm Rusiya razı qalsın, həm də bir lider kimi öz simasını da qorusun.
Bəs, az qala eyni gündə İsrailin Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq üçün atdığı addımlar necə təsadüfdürmü?
Bu suala Ərdoğan bir saat əvvəl ticarət adamlarıyla birgə qatıldığı iftarda daha dolğun cavab verdi. Ərdoğan "Mavi Mərmərə" böhranından sonra İsraillə yaşanan gərginlikdən danışaraq Türkiyənin İsrail qarşısında 3 şərt irəli sürdüyünü və üçünün də yerinə yetirildiyini dedi. Birinci şərt üzr istəməklə bağlı olub. Türkiyə dövlət başçısı söylədi ki, Barak Obamanın iştirakıyla Netenyahu ondan üzr istədi. İkinci şərtə görə "Mavi Mərmərə" gəmisində ölən 10 nəfər Türkiyə vətəndaşlarının hər birinə 2 milyon dollar olmaqla, toplam 20 milyon dollar təzminat ödənəcək. Üçüncü şərt Qəzza bölgəsində yaşayanlara qarşı tətbiq edilən embarqolar aradan qaldırılacaq. Ərdoğan iftarda etdiyi çıxışında Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubdan da danışdı, ölən pilota görə başsağlığı diləyib təəssüf etdiyini söylədi, amma üzr istədiyini dilə gətirmədi. Yuxarıda qeyd etdiyimiz kimi Rusiya rəsmiləri- konkret olaraq prezidentin mətbuat xidmətinin rəhbəri D.Peskov məktubda üzr istənildiyini xüsusi vurğuladı.
Ərdoğan iftar söhbətində bir diqqətçəkən fikir də bildirdi:
"Siyasətin və siyasətçinin görəvi dövlətin maraqlarının yolunu kəsmək deyil, onu açmaqdır". Ona görə də hesab edək ki, böyük siyasətin böyük, fədakar addımları da qaçılmazdır, əgər o xalqa, dövlətə uğur gətirəcəksə. Ola bilsin qürur amili hər kəsdə bu məsələyə birmənalı rəy yaratmasın, amma dövləti idarə edənlər cığal uşaq prinsiplərindən uzaq olmalıdır.
Bəs bu baş verənlərdə Azərbaycanın rolu, maraqları da varmı?
Bizim bu proseslərdə qazancımız, itirdiklərimiz ola bilərmi? Qeyd edək ki, Azərbaycan üçün Türkiyə strateji müttəfiq, Rusiya və İsrail isə müttəfiq ölkələrdi və hər üç dövlətlə ciddi ilişkiləri var, o zaman bu ölkələrin münasibətlərinin yaxınlaşmasında Azərbaycanın uduşu şübhəsizdir. Hələ təyyarə böhranı yarananda Azərbaycanın dövlət başçısının hər iki ölkənin münasibətlərinin yaxşılaşması üçün müəyyən diplomatik səylər göstərdiyi məlumdur. Amma bir məsələni də qeyd edək ki, Rusiyanın Türkiyədən indiki məqamda istədikləri, tələbləri də ola bilər. Bu, Suriya, Krım tatarları ilə bağlı və Güney Qafqazda Türkiyənin təsirlərinin azaldılması istiqamətində ola bilər. Türkiyənin Dağlıq Qarabağ məsələsində geri çəkilməməsinə, Ermənistanla münasibətləri Rusiyanın istəkləri istiqamətində qurmayacağına inansaq da Azərbaycanın bu ərəfədə çevik diplomatik addımlar atacağına ümid edirik".