FETÖ-nün “qurbanları”ndan biri də Azərbaycandakı “BÜYUKFIRAT” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfırat olub

husyin

Türkiyədə keçmiş polis rəislərinin ittiham olunduqları “Tahşiyecilərə tələ” işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barəfə “Qafqazinfo.az” Türkiyə KİV-lərinə istinadən məlumat yayıb. Qeyd olunur ki, ki, aralarında Fətulla Gülən, Samanyolu Media Qrupunun rəhbəri Hidayet Karaca, keçmiş polis rəisləri də olmaqla ümumilikdə 33 nəfərin ittiham olunduğu proses baş tutub. Məhkəmədə çıxış edən zərərçəkənlərdən biri İnsani Yardım Vəqfinin Qafqaz təmsilçisi olmuş Hüseyn Büyükfırat dünyada FETÖ-nun ən təsirli olduğu ikinci ölkə kimi Azərbaycanın adını çəkib. Azərbaycanda iş adamı olduğunu deyən Büyükfırat Gülənin təşkilatının ondan pul istədiyini, vermədikdə isə ona tələ qurulduğunu deyib:

“Azərbaycanda da bu təşkilatın çox geniş fəaliyyəti var. Dünyada bəlkə də, ən təsirli olduğu ikinci ölkə Azərbaycandır. Bu təşkilat məndən pul istədi. Onların gördükləri işlə bağlı “Bir müsəlman olaraq sizə yardım edə bilərəm, lakin mənim öz ölçülərim var. Sizin tələbləriniz buna uyğun deyil, sizinlə heç bir işim olmaz” dedim. Mənə birbaşa olaraq Gülənin Azərbaycandakı imamları xəbərdarlıq etdilər. 2003-cü ildə Azərbaycana girişimə qadağa qoydurtdular”.

Lakin şübhəli qismində çıxış edən Ali Fuat Yılmazer isə İHH-nin (İnsani yardım Vəqfi) Azərbaycan və digər bölgələrdə Əl Qaidə-yə və cihadçılara yardım etdiyini iddia edib.

Qeyd edək ki, iclas hələ də davam edir.

Gununsesi.info isə xatirladir ki, adıçəkilən İnsani Yardım Vəqfinin Qafqaz təmsilçisi olmuş Hüseyn Büyükfırat əslində Azərbaycanın paytaxtı Bakıda və ölkənin bir çox regionlarında fəaliyyət göstərən “Büyükfırat”  restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratdır.






Fikirlər