Bu gün Əl Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu York şəhərindəki əkiz qüllərə və Vaşinqtona qarşı həyata keçirilən silsilə terror aktlarından 15 il ötür.
Axar.az xəbər verir ki, yerli vaxtla saat 08:46-da "Amerikan Airlayns" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı davam gətirmək üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.
Hücumdan sonra Corc Buş administarsiyası Üsamə Ben Laden və Əl Qaidə təşkilatının ədalətə təslim olunması və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə - əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-islam təbliğatının aparılmasına bəhanə oldu.
Bundan əlavə, bu terror aktlarından sonra Qərb aləmində müsəlmanlara qarşı nifrət zəminində müxtəlif səpkidə hücumlar başlandı.
Fikirlər