“İLQAR ƏLİYEVİ DÖYÜB, SONRA ASIB ÖLDÜRMÜSÜNÜZ” – Akif Çovdarov hücumda (ŞOK)

covdar

 

“İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz”. Azadlıq.info-nun məlumatına görə, bunu bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov bildirib. Bu haqda Çovdarovun vəkili Kamandar Nəsibov məlumat yayıb. Vəkilin mətbuat konfransında açıqladığ məlumatı təqdim edirik:

“Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.

Vəkilin sözlərinə görə, iş üzrə 60 nəfər zərərçəkmiş kimi, 2 nəfər isə zərərçəkmiş şəxslərin hüquqi varisləri kimi tanınıb. Dövlət Təhlükəsizlik Xidmətinin iş üzrə qaldırdığı mülki iddia isə 2 milyon 917 min 300 min manatdır. Həmin pulu Akif Çovdarov və digərlərindən tutulması istənilib. 






Fikirlər