Obamanı 500 məxfi agent qoruyacaq

“Obamanı 500 məxfi agent qoruyacaq

ABŞ prezidenti Barak Obamanın Yunanıstana səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri kəskin şəkildə gücləndirilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Skai” telekanalı məlumat yayıb.

Buna səbəb cümə axşamı səhər saatlarında iki naməlum şəxsin Afinadakı Fransa səfirliyinə qumbara atması olub. Hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb. 

“Polis hücumdan sonra səfirlik və digər ölkələrə məxsus binalarda təhlükəsizlik tədbirləri ilə bağlı sistemini dəyişir”,-dəyə müxbir bildirib.

 Obamanın səfəri ilə bağlı təhlükəsizlik tədbirləri də gücləndirilib.

 “Səfərlə bağlı Yunanıstana ABŞ-ın təxminən 500 məxfi xidmət agenti gələcək. Onlar prezidentin gedəcəyi yerləri və hərəkət marşrutlarını nəzarət götürəcəklər”,- deyə telekanal məlumat verib.






Fikirlər