ABŞ “Dərin dövləti”nin Fidel Kastro əməliyyatı – gizli tarixin deşifrəsi

 ABŞ “Dərin dövləti”nin Fidel Kastro əməliyyatı – gizli tarixin deşifrəsi

ABŞ Kubanı nəyə işğal edə bilmədi; kod adı “Operation Northwood” olan plan və Kennedinin öldürülməsi arasında hansı əlaqə var...

 

ABŞ-ın Kubaya hərbi müdaxiləsi qaçılmaz görünürdü. SSRİ bütün gücü ilə “Azadlıq Adası”nın müdafiəsinə qalxmağa hazırlaşırdı. Dünya nüvə müharibəsi ilə üz-üzə qalmışdı. Xoşbəxtlikdən o vaxtı iki super-güc ortadakı qırmız xəttin bir addımlığında dayandı.
Şübhəsiz ki, həmin müharibə olsaydı, indi biz başqa bir dünyada yaşamalı olacaqdıq. Ümumiyyətlə, yaşaya biləcəkdikmi? Bu suala da birmənalı cavab vermək çətindir...
Son vaxtlar Azərbaycanın siyasi gündəmində davamlı istifadə olunan ifadələrdən bir də "Dərin Dövlət" ifadəsidir. Bu yazıda ABŞ-da “Dərin Dövlət”in törətdiyi cinayətlərdən bir haqqında söhbət açacığıq. 
Bəri başdan deyək ki, həmin cinayət işi dünyasını dəyişmiş Fidel Kastro ilə birbaşa bağlı olub. Onu da vurğulamaqda fayda var ki, bu ifadə də bizə Qərbin siyasi leksikonundan gəlib. Daha doğrusu, bu ifadə (The Deep State) kanadalı intelektual Peter Dale Scott tərəfindən ortaya atılıb. İndi isə mətləbə keçmək olar… 
Elə dünən bu haqda bir yazı oxudum. Dünyanın nəhəng media quruluşlarından olan ABC-nin hazlrladığı məqalədə diqqətçəkən məqamlar vardı. Həmin məqalə 2001-ci ilin mayın birində çapdan çıxıb. Məqalə orjinalda “U.S Military Wanted to Provoke War With Cuba” (Amerika hərbçiləri provokativ yolla Kuba ilə müharibəyə başlamaq istəyirdi ) adlanır. Və həmin yazı dünya çapında son dərəcə əhəmiyyətli məqalələrdən bir kimi müxtəlif antologiyalara daxil edilib…
Gündəmlə səsləşdiyinə görə həmin yazının bir sıra önəmli məqamlarını musavat.com vasitəsi ilə diqqətinizə çatdıracağıq. Müəllif  David Ruppe yazır ki, 1960-cı ilin əvvələrində Amerikanın yüksək mənsəbli hərbi rəhbərliyi belə bir plan cızdılar ki, ölkənin müxtəlif bölgələrində saxta terror olayları təşkil edib, məsum amerikalıları terror yolu ilə öldürmək lazımdır. Həmin terror və qətliamların səbəkarı kimi  kommunistlər və Kuba lideri Fidel Kastro suçlu göstəriləcəkdi. Təbliğat elə qurulacaqdı ki, Amerika xalqı Kubaya qarşı müharibənin başlamasına dəstək versin. İctimai rəy müharibədən yana olsun. Həmin planın kod adı “Operation Northwood” idi. Dilimizə “Şimal Meşəsi Əməliyyatı” kimi tərcümə oluna bilər…

“Prezident Kennedinin qətlə yetirlməsinin əsas səbəbləri arasında bu amil də var. Və bu fakt 40 il sonra ictimaiyyətə açıqlanıb”

Plana görə, ilk öncə ABŞ-da yaşayan nüfuzlu kubalı mühacirlər öldürülməli idi. Dəniz yolu ilə Kubadan ABŞ-a qaçan kubalıların olduğu gəmilərin batırılması da nəzərdə tutulmuşdu. Təyyarələrin qaçırılması, ABŞ gəmilərinin partladılması, hətta ABŞ-ın şəhərlərində amerikalılara qarşı terror aktları törədilməsi dəhşətli və qanlı ssenaridə nəzərdə tutulmuşdu. 
Amerika hərbçiləri bu yolla Kubanın yeni lideri Fidel Kastroya qarşı həm amerika xalqının, həm də beynəlxalq ictimaiyyətin nifrətini qazanmağa ümid edirdi. 
 
Image result for Fidel Kastro Gençlik
Ölkənin hərbi rəhbərliyi hər şeyə hazır görünürdü. Sənədlərdə açıq mətnlə qeyd olunur ki, Amerika gəmilərini Guantanamo-da batırmaq lazımdır. Bu ssenariyə görə, Amerikalı hərbçilərin olası itkiləri haqqında yerli qəzetlərdə gedən xəbərlər Amerikada Kubaya qarşı narazılıq dalğasını yüksəklərə qaldıracaq,  məhz bu dalğa üzərindən də Kubaya hərbi müdaxiləni həyata keçirtmək mümkün olacaqdı. 
Həmin plan ABŞ-ın bütün hərbi rəhbərliyi tərəfindən rəsmən bəyənilir və həmin plan 1962-ci ilin martında prezident Kennedinin müdafiə məsələləri üzrə müavini Robert McNamara təqdim olunur. Ancaq Amerikanın siyasi rəhbərliyi, xüsusən prezident Kennedi bu planı rədd edir. Yazıda qeyd olunur ki, prezident Kennedinin qətlə yetirlməsinin əsas səbəbləri arasında bu amil də var. Və bu fakt 40 il sonra ictimaiyyətə açıqlanıb.
Müəllif qeyd edir ki, bu planı hazırlamış yüksək rütbəli hərbçilər son dərəcə narahat idilər. Onların həmin planın aşkara çıxmasından ciddi narahatlıq keçirirdilər. Kuba ilə müharibəni Amerikanın hərbi elitası istəyirdi, onlardan başqa bu müharibə Amerikada heç kimə lazım deyildi.  
Ortaya çıxan sənədlər onu da deməyə əsas verir ki, amerikalı hərbçilər hətta kosmonavt John Glennı   öldürmək və onun qətlini də kubalı kommunistlərin üstünə atmaq istəyirdilər. John Glenn Amerikanın ilk qaranquş kosmanavtlarından biridir, elə bu səbəbdən də xalq arasında çox sevilirdi…
Məqalədə iddia olunur ki, həmin vaxtı ABŞ-ın hərbi lideri general Lyuman Louis Lemnitzer olub. Məhz o, hərbçilər tərəfindən təsdiqlənmiş planla Robert McNamara-nın qəbuluna gedib. (1962-ci il. 13 mart) Robert McNamaranın generalla söhbətinin təfsilatı bəlli deyil. Bəlli olan odur ki, 3 gün sonra ABŞ-ın 35-ci prezidenti John Kennedi Lyuman Louis Lemnitzerə bildirib ki, Kubaya hər hansı hərbi müdaxilədən söhbət belə gedə bilməz. Maraqlıdır ki, bir neçə ay sonra Lyuman Louis Lemnitzer öz vəzifəsindən kənarlaşdırılıb və başqa işə keçirilib. 
Image result for John Kennedi Lyuman Louis
Həmin vaxt ABŞ-ın siyasi rəhbərliyi ilə hərbi rəhbərliyi arasında qarşılıqlı anlaşma aşağı səviyyədə olub və tərəflər arasında inamsızlıq hökm sürüb. İş o yerə çatıb ki, hərbi rəhbərlik tabeliyində olan hərbçilərə göstəriş verib ki, ancaq və ancaq mühafizəkar siyasi liderlərə seçkilərdə səs vermək lazımdır. John Kennedi kimi liberalardan Amerikaya xeyir gəlməz…
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi hərbi dairələrdə mövcud olan sağ qanada yaxın ekstremist düşüncənin “kifayət qədər təhlükəli” olması barədə xəbərdarlıq edir. İş o yerə çatır ki, ABŞ Kongresi belə işə müdaxilə etməli olur…
O da maraqlıdır ki, general Lyuman Louis Lemnitzer  işdən uzaqlaşdırıldıqdan sonra belə ölkənin hərbi elitası Kubaya hücum planını həyata keçirmək üçün öz səylərini davam etdirir. 1963-cü ildə belə bu kimi cəhdlər özünü göstərirdi. 
Image result for Fidel Kastro Gençlik

“Həmin terror və qətliamların səbəkarı kimi  kommunistlər və Kuba lideri Fidel Kastro suçlu göstəriləcəkdi. Təbliğat elə qurulacaqdı ki, Amerika xalqı Kubaya qarşı müharibənin başlamasına dəstək versin”

Amerika hərbçiləri bu məsələ ilə bağlı başqa variantlar üzərində də işləyib. David Ruppe yazır ki, Kuba ilə hər hansı bir Latın Amerikası ölkəsi arasında müharibənin olmasına “şərait yaratmaq” və həmin müharibəyə müdaxilə etmək kimi plan da mövcud olub. Başqa bir plana görə isə Fidel Kastro hökumətində kimi isə pulla ələ almaq lazım idi ki, o, Guantanamoda yerləşən ABŞ-ın hərbi bazasındakı gəmilərə hücum təşkil etsin. Kuba üzərindən aşağı yüksəklikdə U-2 qırıcılarının uçuşları da nəzərdə tutulmuşdu. İstəyirdlər ki, Kuba tərəfi həmin qırıcılardan birini vursun və bu da müharibəyə başlamaq üçün ciddi arqumentə çevrilsin…
Image result for Fidel Kastro Gençlik
Sözügedən bu sənədlər 1992-ci ildə üzə çıxıb. Həmin il Oliver Stone mərhum Kennedinin qətli ilə bağlı film çəkirdi. Yuxarıda vurğuladığımız hadisələrin, yəni hərbi elitanın Kennedinin qətlində əlinin olması ehtimalı da filmdə öz əksini tapıb. 
Image result for Oliver Stone
Oliver Stone
Artıq Fidel Kastro əbədiyyətə qovuşdu. Bir neçə il əvvəl o, iqtidarı qardaşına ötürdü. Yeni Kuba prezidenti Raul Kastro ABŞ-ı ticarət embarqosunu aradan qaldırmağa çağırdı. 50 illik embarqo “böyük insani və iqtisadi ziyana səbəb olub”, demişdi. Bundan sonra Roma Papası Francis-in köməyi ilə ABŞ-Kuba münasibətləri sürətlə istiləşdi. ABŞ prezidenti Barak Obama davamlı şəkildə bu münasibətlərin yaxınlaşmasına cəhdlər göstərdi. Artıq nəticə ortadadır. Şübhəsiz ki, Fidel Kastrodan sonra bu münasibətlər daha  yüksək səviyyəyə qalxacaq.
Onu da qeyd edərk ki, ABŞ Kubaya hərbi müdaxilədən çəkinsə də, Fidel Kastronu ölüdürmək üçün dəfələrlə cəhdlər göstərib. Kuba tərəfinin dediyinə görə, belə cəhdlərin sayı 150-dən artıq olub. Dünya tarixində kiməsə qarşı bu qədər sui-qəsd planı cızılmayıb…

 






Fikirlər