"Soruşdum, niyə rusca danışırsız, qızardı"- Sabir Rüstəmxanlıdan təsirli səfər qeydi

Image result for sabir rüstəmxanlı

VHP sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı özünün facebook səhifəsində olduqca ciddi bir problemə toxunub. 

Musavat.com dəyərli ziyalımızın həmin qeydini olduğu kimi təqdim edir: 
"Bakı-İstanbul təyyarəsinə minənlər arasında bir ailə də vardı. Ata-ana, bir dəstə uşaq, qohumlar və bir də qəfəsdə balaca it... Hamısı bərkdən, nümayişkaranə şəkildə rusca danışır. Olsun!  Hansı  dildə danışmaq hər kəsin öz işidir. Ancaq bu, Azərbaycan təyyarəsidir və hamı azərbaycanlıdır. Hansı dildə danışırsan danış, amma ətrafındakıları yox saymalı deyilsən, bura sənin evin deyil, elə danışmalısan ki, qonşularının rahatlığı pozulmasın... Hiss olunur ki, bu adamlar belə şeyləri qanmırlar ya da bu qanmazlıqlarını gözə soxmaqdan zövq alırlar... Balaca  it də böyük hikkkəsi və sahiblərinin hayasızlığından seçilməyən bir çığır- bağırla qəfəsi yeyib- tökür, civiltili səsi ilə ətrafdakıların beynini deşir. Dişim bağırsagımı kəsir. Adamlar yerlərini tutanda ailənin üzvlərindən bir uşaq bir neçə dəqiqəliyinə mənim yanımda oturdu. "
Azərbaycanlısan?  Yəni azərbaycanlı ailəsisiniz?" deyə soruşdum. Başı ilə təsdiqlədi. "O itinizlə hansı dildə istəyirsrniz, danışa bilərsiniz, rusca, ingiliscə, bəs öz aranızda niyə ana dilində danışmırsınız?" deyə soruşdum. Uşaq qızardı və utana-utana " bilmirəm, evimizdə bizə rusca öyrədirlər..."dedi. Deməli hər şey ata-anadan asılıdır. Ata-ana dilini öyrətmir və sevdirmir, Vətənini sevdirmir, ətrafındakıları adam yerinə qoymadan Vətənində yabançı dildə bağıra-bağıra danışmaq öyrədir... Görəsən dünyanın hansı cahil xalqında bu xəstəlik var. Görəsən bu ləyaqətsizlik, satqınlığ, dar düşüncə hardan qaynaqlanır?".
AzerTaym.az






Fikirlər