Rusiya Avropanın 15 ölkəsinə sanksiya tətbiq edir - SİYAHI
İki həftə ərzində Rusiya Avropa Birliyinin 15 ölkəsinə sanksiya tətbiq edəcək. "AzerTaym.az" Axar.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano məlumat verib. Rusiya tərəfindən Avropanın 15 ölkəsindən ev quşlarının, inkubasiya yumurtasının və başqa ət məhsullarının idxalına qadağa tətbiq ediləcək. "Hələ ki, sanksiyanın tətbiqi ilə bağlı dəqiq tarix yoxdur, amma biz iki həftə ərzində qadağanın tətbiq etməyi planlaşdırırıq. Bu qadağa quş qripinin yaranması ehtimalı olan ölkələrə tətbiq ediləcək. Qadağa tətbiq ediləcək ölkələr bunlardır: Avstriya, Böyük Britaniya, Macarıstan, Bolqarıstan, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Fransa, Xorvatiya, Çexiya və İsveç", - Melano qeyd edib. Qeyd edək ki, bundan öncə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Belarusun Minsk vilayətindən inək ətinin tədarükünə qadağa qoyulduğunu açıqlamışdı.