“Zakir Həsənov QARABAĞIN tam işğaldan AZAD EDİLMƏSİ əməliyyatına RƏHBƏRLİK EDƏCƏK”

Картинки по запросу zakir hesenov

“Müdafiə nazirinin kiçik bir döyüşə rəhbərlik etdiyini iddia etmək yolverilməzdir”

Ötən gün erməni hərbi birləşmələrinin Talış istiqamətində həyata keçirdikləri hücum əməliyyatının dəf edilməsinə müdafiə naziri Zakir Həsənovun şəxsən rəhbərlik etdiyi ilə bağlı informasiyalar dolaşmaqdadır.

Müdafiə nazirinin ön xətdən döyüşü idarə etməsinin, əməliyyatlara şəxsən rəhbərlik etməsinin hərbi qulluqçular üçün ən yüksək mənəvi-psixoloji dəstək anlamına gəldiyi birmənalıdır. Lakin bu addım həm də özlüyündə müəyyən risk də ehtiva etmirmi? Belə bir addım sırf hərbi nöqteyi-nəzərdən nə dərəcədə doğrudur?

 "AzerTaym.az" saytı xəbər xerir ki, Moderator.az-a açıqlama verən Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov müdafiə naziri ilə bağlı səsləndirilən bu iddianın əsassız olduğunu vurğuladı:

“Bizim bəzi mətbuat orqanları və bəzən də müdafiə naziri hörmətli general-polkovnik Zakir Həsənovun ətrafında olan mətbuat işçiləri o məşhur misalda olduğu kimi hərəkət edirlər: "qaş düzəldən yerdə vurub gözü də çıxarırlar". Mən anlayışla qəbul edirəm bəzi imic və sairə məsələləri. Amma ölkənin müdafiə nazirinin hansısa kənd istiqamətində hansısa balaca bir döyüşə şəxsən rəhbərlik etməsi, məncə izaha ehtiyacı olmayan bir yersiz və çox uğursuz məlumatdır. Bütövlükdə ölkənin müdafiəsinə və təhlükəsizliyinə cavabdehlik daşıyan hörmətli şəxsin bu səviyyədə təqdim edilməsi əsla yolverilməzdir.

Müdafiə naziri inşallah Qarabağın tam işğaldan azad edilməsinə şəxsən rəhbərlik edəcək və buna heç kimin şübhəsi olmamalıdır. Bundan da əlavə, belə tip məlumatları yazan dostlarımız unutmamalıdırlar ki, müdafiə nazirinin özünün ön xətdə döyüşə şəxsən rəhbərlik etməsinə indiki zamanda heç bir ehtiyac da yoxdur. Bu gün cəbhənin ən uzaq dərinliklərinə kimi müdafiə naziri, ordu rəhbərliyi rahat şəkildə komanda-qərargah məntəqələsindən istənilən göstərişi də çatdırır və hər şeyə də nəzarət edir. Aydınlıq üçün onu da qeyd edim ki, həmən o "müdafiə nazirinin rəhbərlik etdiyi döyüş"lə əlaqədar onu deyə bilərəm ki, sadəcə həmən gün və həmən hadisə zamanı nazir məhz o istiqamətdə olduğuna görə bəzi mətbuat orqanları bir qədər "barıtı çox eləmişdilər".

Картинки по запросу zakir hesenov


 






Fikirlər