Zaqatala səhiyyəsində nələr baş verir - Cənab Oktay Şirəliyev bura xəstəxanadır yoxsa MORQ?
Başı öz problemlərinə qarışan Zaqatala rayon Mərkəzi xəstəxananın baş həkimi Məcid Əliyev başı elə dərdə düşüb ki, rayon əhli xəstəxanada ölümlə pəncələşir amma həkimin vecinədə deyil–desək yanılmarıq. M.Əliyevi əvəz edən müavini Rövşən Əhmədov elə bir şəbəkə qurub ki, hətda baş həkim belə onun oyunlarından istəsədə baş aça bilməz. Redaksiyamıza etibarlı mənbələrdən verilən məlumatda qeyd edilir ki, Rövşən Əhmədov Zaqatala rayonunda ölüm hallarının çoxalmasına zəmin yaradan şəxslərdən ibarət səhiyyə cinayətkarlar dəstəsi yaradaraq onları mərkəzi xəstəxanada himayə etməkdədir... Yeni təyin edilən M.Əliyev gələr gəlməz xəstəxanada qanunsuz işləyən işçilərin işinə son verdiyi bildirilsədə görünən odur ki R.Əhmədovun himayə etdiyi şəxslərə söz demək iqtidarını hələ özündə tapa bilməyib. BakuNews.az-ın verdiyi xəbərə görə, Zaqatala rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb. Baş vermiş olayı gizlədən xəstəxana səlahiyyətliləri bununla bağlı heç bir rəxmi açıqlama bildirməməsi ilə yanaşı həmçinin ictimailəşən faktı gizlətməyədə cəhd ediblər. Həkim səhlənkarlığından Zaqatala Faldar kənd sakini mərhum Əmrulla Səfərovun ölümünə səbəb olan Bəxtiyar Zamanovun məsuliyyətsizliyi, xəstəni nəzarətsiz qoyması və əməliyyatdan çıxan şəxsin bir gün reanimasiya şöbəsində mütləq nəzarətdə qalması mütləqdir. Reanimasiyanın şöbə müdiri Teymur Həsənovun faldar kənd sakinini 24 saat nəzarətdə saxlamaq əvəzinə onu əməliyyatdan 2 saat sonra Cərrahiyə şəbəsinə keçirdib. XƏstənin halının pisləşməsi isə bundan sonra baş verib. Ailə xəstənin reanimasiya şöbəsində nəzarətdə olduğun düşündüyü halda xəstə Cərrahiyyə şöbəsində olub. Cərrahiyə şöbəsində vəziyyəti kəskin surətdə dəyişən Əmrulla Səfərovu xilas etmək mümkün olmayıb. İlkin olaraq nəzarətsizlik xəstənin itirilməsinə səbəbiyyət yaradıb. Hipokrat andi içmiş işbazlar renimasiya adı ilə xəstələrdən pul alır daha sonra xəstələri cərrahiyə şöbəsində yerləşdirərək özləri isə yəni Teymur və Nübar gecə növbələrində eyni otaqda yataraq istirahətlərin edirlər. Bu məsələyə şahid olan tibb işçiləri səslərin çıxara bilmir. Və qeyd edirlər ki kim bu barədə artıq söz danışırsa o insanın xəstəxanadan hər hansı bir yol ilə işinə son verilir. Növbəti yazımızda:
Bir çox işçi çıxarmasına baxmayaraq illərdir dövlət büdcəsindən oğurluq edən bu səhiyyə ocağı səhiyyə sektoruna aidiyyatə olmayan şəxslərə maaş verərək onları xəstəxanada işləmələrinə rəvac vermişdir. UZİ və Lobaratoriyanın həkimləri özlərinə köməkçi təyin ediblər bu təyinat isə R.Əhmədovun göstərişi əsasında keçmiş baş həkim Leyla Seyidəliyevanın dönəmindən davam etməkdədir. Media üzərində aparılan araşdırmalardanda məlum olub ki, Rövşən həkim L.Seyidəliyevanın şəxsi kadrı olub. Leylanın başçı ilə yaxın münasibəti ondan savayı prokror və Polis rəisi ilə yaxın münasibətləri onun uzun müddət toxunulmazlığına rəvac verdi. Amma səhiyyə Naziri Oktay şirəliyev edilən şikayətlərin çoxluğun nəzərə alaraq onu işindən uzaqlaşdırılması ilə bağlı sərəncam verdi. Hal-hazır Leylanın qalıqları desək tam doğru səsləndirmiş olarıq ki, R.Əhmədov reanimasiyanın tibb baçısı Zülfiyyə, reanimasiyanın həkimi Nübar, şöbə müdiri Teymur, o cümlədən baş tibb bacısı baş vermiş qətillərin gizlədilməsində R.Əhmədova yaxından kömək edən və bütün rüşvətli işlərin icraçısı rolunda Yeganə Şabanova son günlərdəki baş verən olaylarında Azər və Bəxtiyar həkimlə yanaşı iştirakçısı olduğu kimi xəstənin ölümünə səbəbkar kimi həmdə Teymur həkimdə göstərilməkdədir.
BakuNews.az xəbər verir ki, Zaqatala RMX-də 8 avqust 2017-ci il tarixində müalicə olunduğu və müalicə dövrünün 8-ci günü, yəni 23.08.2017-ci il tarixində Faldar kənd sakini 1944-cü il təvəlüdlü Faldar kənd sakinini Əmrulla Səfərovu Mərkəzi Xəstəxanasında Tibbi Ekspert və Cərrah işləyən Bəxtiyar Zamanov amputasiya sağ ayağın şəkər diabeti ilə əməliyyatını həyata keçirib. Əməliyyatın səhəri günün, yəni 24.08.2017-ci il tarixində Ə.Səfərov dünyasın dəyişib. Azər Salmanov və Bəxtiyar Zamanov xəstəxana kolidorunda pasientin öldüyü xəbərini biri-birinə dedikdə məsələni hansı yolla ört basdır edə biləcəkləri planını qurduqlarıda sakinlər tərəfindən eşidilərək redaksiyamıza məlumat verilib. Məsələni günahkarı olan Cərrah Bəxtiyar Zamanov xəstənin səsiz səmirsiz xəstəxanadan cənazənin çıxarılmasına izin verməsi rayon tibbi ekspertin həkimi kimi öz cinayətini ört-basdır etməsi kimidə dəyərləndirilməkdədir.
Bu azmış kimi Zülfiyyə və Nübarında səhiyyə işçisi kimi işləmək istəyənlərdən 3000 manat alaraq onu min oyunla xəstəxanaya düzəltdirdikləridə mənbə tərəfindən qeyd edilməkdədir.
Araşdırmamız davam edir...
Bəxtiyar Zamanov və Azər Salmanov niyə Əmrulla Səfərovun öldüyün gizlətmək üçün Yeganə Şabanovanı çağırıb məşvərət ediblər...?
Ölən şəxsin təcili xəstəxanadan çıxarılmasını tapşıran baş tibb bacısına Y.Şabanova hansı möhtəbər işinə görə səlahiyyətlər artırılıb ki baş həkimin göstərişi olmadan qərarlar alır... ?
Bu qərarları sərbəst alan Y.Şabanova Rövşən Əhmədovun sağ əli olduğunu iddia etməsi heç kimdən çəkinməməsinin səbəbləri nədir...?