"NEFTÇİLƏR"-ın Baş Direktoru DƏYİŞİR...?! -yerinə BSM-dən HİKMƏT HƏSƏNOV gəlir! - ÖZƏL
Bu gün səhər saatlarından yayılan xəbərə görə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli işdən azad olunub. "AzerTaym.az" bildirir ki,bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.. Onun sözlərinə görə, L.Seyidbəyovanın işdən azad edilmək üçün ərizə yazması və ya hər hansı səbəbdən işdən ayrılması ilə bağlı heç bir məlumat yoxdur: “Bu barədə bizə məlumat verilməyib. Məlumat olduğu halda mətbuata açıqlama veriləcək”. "AzerTaym"-a daxil olan ilginç məlumatlarda bildirilir ki,NEFTÇİLƏR XƏSTƏXANASIna yeni Baş Direktor Bakı Sağlamlıq Mərkəzinin Baş həkimi Hikmət Həsənov gəlir. Sabiq direktor Leyla Seyidbəyli isə yenidən vaxtilə işlədiyi 7 saylı Doğum Evinə Baş həkim gedir.