"TÜTKİYƏ ilə MÜHARİBƏ qaçılmazdır, düzdür ANKARA ilə müqayisədə..." - Rəsmi AFİNADAN SAVAŞ XƏBƏRDARLIĞI

"Türkiyə ilə Yunanıstan arasında müharibə qaçılmazdır".

Bu sözləri Yunanıstan Xarici İşlər naziri Nikos Kocias "Der Şpigel” nəşrinə müsahibəsində deyib: "Ancaq biz daim problemlərin sülh yolu ilə həllini nəzərdən keçiririk. Bütün qonşuların, hətta  ən yaxşı ailələrin belə problemləri var. Problemlər sülhə söykənən qərarlarla, diplomatik yollarla həll edilməlidir”.
Jurnalistin "Ciddi böhran yaşayan Yunanıstan Türkiyə ilə silahlanma yarışına dayana bilərmi?”sualına isə nazir belə cavab verib: "Yunanıstan Türkiyə ilə müqayisədə maliyyə mənbələrinə və texniki struktura malik deyil, lakin müdafiə və hücum xarakterli silahların alınmasında fərqlər var”.Axar.az
 AzerTaym.az






Fikirlər