MƏRKƏZİ BANK 500 MANAT xəbərini təkzib etdi
Dünən Mərkəzi bankın 200 manatlıq əskinası istifadəyə verməsindən sonra sosial şəbəkələrdə 500 manatlıq banknot olduğu iddia olunan fotolar yayılıb və yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirilib. “Qafqazinfo”ya açıqlama verən Mərkəzi Bankın Mətbuat katibi Namiq Əliyev bildirib ki, foto saxtadır və məlumat şayiədir: “Bu məntiqsizdir, dünən 200 manatlıq, bu gün 500 manatlıq dövriyyəyə buraxılmaz”.