SPİKER Zahid Orucu TƏBRİK ETDİ...
Milli Məclisin bugünkü iclası öz işinə başlayıb. "AzerTaym.az" Modern.az-a istinadla məlumat verir ki, parlamentin iclasının gündəliyinə 32 məsələ daxildir. Spiker Oqtay Əsədov, Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binali Yıldırıma minnətdarlıq edib. Buna səbəb isə TBMM-nin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələrinin buraxılmasıdır. O bildirib ki, sikkələr deputatlara təqdim olunub: “Buna görə də Türkiyə Böyük Millət Məclisinə təşəkkür edirəm”. Oqtay Əsədov deputat Zahid Orucu Prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri təyin olunması münasibətilə də təbrik edib.