SON DƏQİQƏ: Dəhşətli zəlzələ - Sunami xəbərdarlığı edildi
İndonezyada şiddətli yeraltı təkanlar qeydə alınıb. Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Sulavesi adasının cənubunda meydana gələn zəlzələ 7 bal gücündə olub. ABŞ Geoloji Araşdırmalar Qurumunun verdiyi informasiyaya görə, zəlzələ yerli vaxtla 19:40-da qeydə alınıb. Yeraltı təkanların episentri 43 km dərinlikdə olub. İndoneziya Meteorologiya, Hava və Geofizika Agentliyi zəlzələdən sonra sunami təhlükəsinin olması barədə xəbərdarlıq edib.