1 milyard dollar dəyərində saxta Liviya dinarı ələ keçirildi! – Rusiya Həftər üçün saxta pul çap edirmiş
Hurriyyet.org xəbər verir ki, ABŞ XİN Rusiya şirkətlərində qiyamçı general Həftər qüvvələrinin istifadəsi üçün çap edilmiş 1,1 milyard dollar dəyərində saxta Liviya dollarının Malta hökuməti tərəfindən aşkar edilib ələ keçirilməsi barədə bəyanat verdikdən sonra, Rusiya tərəfi öz hərəkətinə haqq qazandırmaq məqsədilə açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyi saxta banknotların “Liviya iqtiadiyyatının dəstəklənməsi üçün lazım olduğunu” iddia edib. Açıqlamada Liviyanın Mərkəzi Bankı ilə Rusiyanın “Qoznak” şirkəri arasında 2015-ci ildə razılaşma imzalandığı və razılaşmanın Tobrikdəki (Liviyanın şərqində paytat Tripoliyə tabe olmayan Həftər qüvvələrinin mərkəzi) Nümayəndələr Palatası tərəfindən təsdiqləndiyi qeyd edilib. Rusiya XİN: “Liviyanın dinarları yox, ABŞ-ın açıqlamaları saxtadır” – deyə pulların həqiqi olduğunu iddia edib. ABŞ Departamentinin açıqlamasında deyilir: “Bu insident Rusiyanın Liviyada qeyri-sabitlik yaradan fəaliyyətini dayandırmasının zərirətini bir daha isbat etmiş olur”.