“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi davam edir” - Türkiyə MN

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi davam edir”

Azərbaycanın Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi davam edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

“Türkiyə və Rusiyanın Azərbaycanda baş verən hadisələrlə bağlı imzaladıqları memoranduma uyğun olaraq, atəşkəs rejiminə nəzarət və monitorinqi üzrə Mərkəzin tezliklə işə salınması istiqamətində addımlar atılır. Müvafiq səylər Azərbaycan və Rusiya ilə əlaqələndirilir”, - məlumatda deyilir.

Bundan başqa, Azərbaycan Ordusuna dəstək məqsədilə 135 personaldan ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Ümumi sayı 64 nəfər olan 15 türkiyəli ekspert qrupu isə ərazilərini minalardan təmizləməsi üzrə Azərbaycan hərbçilərinə təlim keçir.

“Türkiyə bundan sonra da “Bir millət - iki dövlət” şüarı altında qardaş Azərbaycana dəstəyini davam etdirəcək”, - məlumatda vurğulanır.






Fikirlər